Futbol üzrə dünya çempionatında Kolumbiya və Portuqaliya yığmaları arasında keçirilən K qrupunun II turunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" xəbər verir ki, avropalıların heyətində qapıçı Diequ Koşta oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, qolkiper görüş ərzində komandasını bir neçə dəfə real qol vəziyyətindən xilas edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.