top
Titulunu qorumağa gedir - TƏQDİMAT İdman.biz
14 may 2024, 16:14
- ↺ +

Titulunu qorumağa gedir - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 31 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir. Bu həftə B qrupunun komandalarını nəzərdən keçiririk. "Ölüm qrupu"nun favoriti İspaniya olsa da, son illər qeyri-sabitliyi ilə seçilən İtaliya da Almaniyaya çempionluq üçün gedir.

Avropa və dünyada fərqli komanda
İtaliya millisi AVRO-2020-nin qalibidir. "Skuadra Adzurra" Almaniyada titulunu qorumağa çalışacaq. İndiyədək yalnız bir dəfə - 2012-ci ildə əvvəlki çempion adını qorumağı bacarıb. İkiqat Avropa çempionu olan apenninlilər son üç yarışda iki final oynayıblar. AVRO-2012-nin gümüş mükafatçısı dörd il sonra 1/4 finala qədər irəliləyib. Üstəlik, son iki Millətlər Liqasında üçüncü yeri tutan İtaliya Avropada ən güclülər sırasında qaldığını sübut edib. Amma yığma dünya çempionatlarında azarkeşlərinə yalnız üzüntü verir. 2002-ci ildə qazanılan çempionluqdan sonra fiaskolar bir-birini sıralayır. DÇ-2006 və DÇ-2010-da qrupdan çıxa bilməyən yığma sonrakı iki mundialı ümumiyyətlə televiziyadan izləyib.

Almaniyaya çətin yol
Avropa çempionu turnirdən kənar qalmaq təhlükəsindən son anda qaçıb. Seçmə mərhələdə İngiltərəyə iki dəfə uduzan İtaliya Almaniyaya vəsiqəni çətinliklə qazanıb. Şimali Makedoniya ilə görüşdə də xal itirən komanda ikincilik mübarizəsində Ukraynanı əlavə göstəricilərdə üstələyib. Son turda məhz əsas rəqibinin qonağı olan "Skuadra Adzurra" uduzmamaq vəzifəsinin öhdəsindən gəlməklə (0:0) ikinci yerini qoruyub.

Gəncləşən komanda
İtaliya tarixində 11-ci dəfə Avropa çempionatına qatılacaq. Üç il əvvəlki qitə çempionu nəsildəyişmə prosesi yaşayıb. Luçano Spallettinin komandası xeyli gəncləşib. Artıq Leonardo Bonuççi və Corco Kyellini kimi təcrübəli müdafiəçilər yığmada deyil. Buna baxmayaraq, "Skuadra Adzurra" qızıl medal iddiasındadır. Lakin bunun üçün "Ölüm qrupu"ndan çıxmaq zəruridir. İspaniya və Xorvatiya kifayət qədər təhlükəli rəqiblərdir. Qeyri-sabit İtaliyadan isə qrupda 1-ci yeri də gözləmək olar, fiasko da.

İtaliya millisinin qrupdakı oyunları:
15 iyun. İtaliya - Albaniya
20 iyun. İspaniya - İtaliya
24 iyun. Xorvatiya – İtaliya

Qeyd edək ki, B qrupunun görüşləri 6 fərqli şəhərdə - Berlin, Dortmund, Hamburq, Helzenkirhen, Düsseldorf və Leypsiqdə keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər