Azərbaycanın iki batutçusu Çinin Nankin şəhərində keçirilən gənclər arasında dünya çempionatında növbəti mərhələyə yüksəlib.
İdman.Biz xəbər verir ki, fərdi batut yarışında çıxış edən Ammar Baxşəliyev ilk təsnifat mərhələsində 100.660 xal toplayıb. Altıncı yeri tutan idmançımız ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
Qızların yarışında Samirə Hüseynova da mübarizəni davam etdirmək hüququ əldə edib. Batutçumuz 93.150 xalla 14-cü pillədə qərarlaşıb.
Tamblinq üzrə yarışda isə İlham Məsimov 43.300 xalla 23-cü yeri tutub və növbəti mərhələyə yüksələ bilməyib.