top
Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr Idman.biz
Bu gün, 01:42
- ↺ +

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

UEFA Millətlər Liqasında beşinci turun oyunları keçirilib. Niderland millisi Yunanıstanı yeddi cavabsız qolla darmadağın edib, Almaniya Serbiya səfərindən qələbə ilə dönüb, İslandiya isə Bolqarıstanın qapısından beş top keçirib.

İdman.Biz xəbər verir ki, A Liqasının ikinci qrupunda Niderland Amsterdamdakı "Yohan Kroyff Arena"da Yunanıstanı 7:0 hesabı ilə məğlub edib.

Hesab altıncı dəqiqədə Krisensio Summervill tərəfindən açılıb. Ardınca Teyani Reynders 12, 18 və 33-cü dəqiqələrdə fərqlənərək het-trik edib. Yurriyen Timber 40 və 59-cu dəqiqələrdə iki qol vurub. Son nöqtəni isə 62-ci dəqiqədə Doniell Malen qoyub.

Bu nəticədən sonra Niderland millisi xalını 11-ə çatdıraraq qrup liderliyini möhkəmləndirib. Yunanıstan isə səkkiz xalla ikinci pillədə qərarlaşıb.

Qrupun digər oyununda Almaniya millisi Belqradda Serbiyanı 3:1 hesabı ilə məğlub edib.

"Rayko Mitiç" stadionunda keçirilən qarşılaşmada hesab üçüncü dəqiqədə açılıb. Serbiyalı müdafiəçi Srdjan Babiç avtoqolla yadda qalıb. Florian Virts 14-cü dəqiqədə qonaqların üstünlüyünü artırıb.

İkinci hissənin əvvəlində Brayan Qruda 50-ci dəqiqədə hesabı 3:0-a çatdırıb. Altı dəqiqə sonra Babiç bu dəfə rəqib qapısına yol taparaq fərqi azaldıb.

Serbiya millisi qarşılaşmanı doqquz nəfərlə başa vurub. Meydan sahiblərindən Vanya Draqoyeviç 77-ci, Andriya Jivkoviç isə 89-cu dəqiqədə qırmızı vərəqə alıb.

Beşinci turdan sonra Almaniya səkkiz xalla üçüncü pillədədir. Serbiya isə hələ xal qazana bilməyib və qrupun sonuncusudur.

B Liqasının birinci qrupunda Şotlandiya Qlazqodakı "Hempden Park" stadionunda Şimali Makedoniyaya 2:1 hesabı ilə qalib gəlib.

Qarşılaşmada hesab 54-cü dəqiqədə Con Makginn tərəfindən açılıb. Üç dəqiqə sonra Elmin Rastoder tarazlığı bərpa etsə də, 74-cü dəqiqədə Makginn penaltini dəqiq yerinə yetirərək dublunu rəsmiləşdirib və komandasına qələbə qazandırıb.

Eyni qrupun digər oyununda Sloveniya və İsveçrə milliləri qolsuz heç-heçəyə razılaşıblar - 0:0.

C Liqasının üçüncü qrupunda Moldova Qazaxıstanı 2:1 hesabı ilə məğlub edib. Slovakiya isə Farer adaları ilə qarşılaşmada iki dəfə fərqlənsə də, qələbə qazana bilməyib - 2:2.

Dördüncü qrupda İslandiya səfərdə Bolqarıstanı 5:0 hesabı ilə darmadağın edib. Estoniya da səfərdə uğur qazanaraq Lüksemburqu minimal hesabla üstələyib - 1:0.

D Liqasının birinci qrupunda Andorra millisi Cəbəllütariqi 2:0 hesabı ilə məğlub edib.

09:37

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçiriləcək. Əsas qarşılaşmalar A Liqasında baş tutacaq. Belə ki, Niderland Yunanıstanı, Almaniya isə səfərdə Serbiyanı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, Niderland və Yunanıstan hərəyə səkkiz xal toplamaqla A Liqasının ikinci qrupunda ilk iki pilləni bölüşürlər. Komandalar ilk dövrədə 2:2 hesablı heç-heçə ediblər. Bu dəfə qələbə Yunanıstan millisinə qrup qalibi adını vaxtından əvvəl təmin etmək imkanı verəcək.

Liderlərdən üç xal geri qalan Almaniya isə Serbiya ilə qarşılaşmada pley-off mərhələsinə yüksəlmək şansını qorumağa çalışacaq. Serbiya yığması indiyədək keçirdiyi dörd oyunun hamısında məğlub olub.

B Liqasında İsveçrə Sloveniyaya səfər edəcək. B1 qrupunun lideri əvvəlki bütün görüşlərdə qələbə qazanıb. Komandaya elit diviziona vaxtından əvvəl qayıtmaq üçün heç-heçə də kifayət edəcək. Şotlandiya isə Şimali Makedoniyanı qəbul edəcək. Meydan sahibləri bu görüşdə qələbə qazanaraq Sloveniya ilə aradakı fərqi azaltmağa çalışacaqlar.

C Liqasında Slovakiya Farer adalarını məğlub etməklə deyil, heç-heçə ilə də yüksək liqaya yüksəlməyi vaxtından əvvəl təmin edə bilər. Moldova və Qazaxıstan ikinci pillə uğrunda mübarizədə vacib oyuna çıxacaqlar. İslandiya Bolqarıstanla qarşılaşmada liderliyini möhkəmləndirməyə çalışacaq. Qrupun digər iddialı komandası Estoniya isə Lüksemburqun qonağı olacaq.

D Liqasında Andorra və Cəbəllütariq turnirdə ilk qələbələrini qazanmağa çalışacaqlar. Azərbaycan millisi isə səfərdə Lixtenşteynlə üz-üzə gələcək. Yığmamız qələbə qazanacağı təqdirdə qrup birinciliyini vaxtından əvvəl təmin edəcək.

Günün oyunlarının təqvimi (Bakı vaxtı ilə):

A Liqası

23:45. Niderland – Yunanıstan

23:45. Serbiya – Almaniya

B Liqası

23:45. Şotlandiya – Şimali Makedoniya

23:45. Sloveniya – İsveçrə

C Liqası

21:00. Moldova – Qazaxıstan

23:45. Slovakiya – Farer adaları

23:45. Bolqarıstan – İslandiya

23:45. Lüksemburq – Estoniya

D Liqası

23:45. Andorra – Cəbəllütariq

23:45. Lixtenşteyn – Azərbaycan

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Dünən, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Dünən, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Dünən, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Dünən, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Futbol
Dünən, 21:06

Rakuv məşqçisi Mahir Emrəli müqayisə etdi: meydanı görmə bacarığı üstün

Futbol
Dünən, 20:51

Vüqar Nadirov: Milli futbolçuların çətinliyi nəzərə alaraq oyun asan keçməyəcək

Futbol
Dünən, 20:42

Pep Qvardiola ABŞ milli futbol komandası ilə danışıqlara başlayır

Futbol
Dünən, 20:28

Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək

Futbol
Dünən, 20:14

Neqreyra işində son şahid: Barselona B-nin keçmiş məşqçisi Jerar Lopes ifadə verdi, qərar 2027-ci ildə

Futbol
Dünən, 19:58

Sabiq Beşiktaşlı Valerien İsmael, Havre klubunun baş məşqçisi oldu

Oxşar xəbərlər