Fransa millisinin kapitanı Kilian Mbappe zədədən sonra komandanın ümumi məşqlərinə qayıdıb.
İdman.Biz "Foot Mercato"ya istinadən xəbər verir ki, hücumçu İtaliyaya 1:3 hesablı məğlubiyyətdən bir gün sonra Bordoda keçirilən bərpa məşqində iştirak edib.
Məşq kiçik gecikmə ilə başlayıb. Futbolçular təxminən 30 dəqiqə birlikdə çalışıblar. Bundan sonra İtaliya ilə qarşılaşmada daha çox fiziki yükə məruz qalan oyunçular məşqi erkən başa vuraraq paltardəyişmə otağına yollanıblar.
Meydanda yalnız əvvəlki görüşdə az oynayan və ya ümumiyyətlə iştirak etməyən futbolçular qalıblar. Onların arasında zədə səbəbindən İtaliya ilə matçı buraxan Mbappe də olub.
Fransalı hücumçu məşq proqramını komanda ilə birlikdə tam yerinə yetirib. Bu isə onun növbəti qarşılaşmaya hazırlığı baxımından müsbət xəbərdir.
Qeyd edək ki, Zinəddin Zidanın rəhbərlik etdiyi Fransa millisi noyabrın 15-də UEFA Millətlər Liqasının altıncı turunda Türkiyəni qəbul edəcək.