top
Təhminə Tağı-zadə Lozannada Təmiz idman praktikada adlı beynəlxalq antidopinq forumunda iştirak edib Idman.biz
27 aprel 2026, 12:59
- ↺ +

Təhminə Tağı-zadə Lozannada "Təmiz idman praktikada" adlı beynəlxalq antidopinq forumunda iştirak edib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə İsveçrənin Lozanna şəhərində Beynəlxalq Test Agentliyi, Milli Antidopinq Təşkilatları İnstitutu və Ümumdünya Antidopinq Alimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə "Təmiz idman praktikada" adlı beynəlxalq forumda iştirak edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.

Bildirilib ki, forum qlobal antidopinq sisteminin müxtəlif istiqamətlərini təmsil edən 350-dən artıq aparıcı mütəxəssisi bir araya toplayıb.

Tədbir antidopinq fəaliyyətinin keyfiyyətinin və effektivliyinin artırılması, əməliyyat təcrübəsinin paylaşılması və təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb. Plenar sessiyalar və interaktiv müzakirələr çərçivəsində test strategiyaları, proqramların koordinasiyası, nəticələrin idarə olunması, elmi yeniliklər və rəqəmsal alətlər kimi sahələr üzrə praktiki yanaşmalar müzakirə edilib.

Tədbir beynəlxalq federasiyalar, milli və regional antidopinq təşkilatları, laboratoriyalar, böyük idman yarışlarının təşkilatçıları, elmi institutlar və digər maraqlı tərəflər arasında bilik mübadiləsi üçün platforma rolunu oynayıb. Bu müxtəliflik fərqli resurs və imkanlara malik qurumların ümumi problemlərini müzakirə və təcrübələri müqayisə etməyə, habelə tətbiq edilə bilən həll yolları formalaşdırmağa şərait yaradıb.

Forumda əsas müzakirə mövzularından biri 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqində iştirak edən qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və yanaşmaların uyğunlaşdırılması olub. Müzakirələr göstərib ki, müxtəlif ölkə və təşkilatlarda fəaliyyət şəraiti fərqli olsa da, qarşıya çıxan çətinliklər oxşardır və bu problemlərin həlli üçün birgə yanaşmaların formalaşdırılması qlobal antidopinq sisteminin dayanıqlığını artırır.

Forumun yekununda vurğulanıb ki, təmiz idmanın qorunması üçün koordinasiyalı fəaliyyət, qarşılıqlı dəstək və praktik bilik mübadiləsi həlledici əhəmiyyət daşıyır. İştirakçılar ortaq problemlərin paylaşılması və birgə həllərin hazırlanmasının qlobal antidopinq sisteminin daha effektli və ardıcıl tətbiqinə xidmət etdiyini qeyd ediblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Futbol
Bu gün, 16:40

Luis Enrike PSJ ilə 14 il sonra UEFA Çempionlar Liqasında "Roma"ya qarşı üz-üzə gələcək

Futbol
Bu gün, 16:30

Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 aylıq şərti həbs cəzasına məhkum olundu

Voleybol
Bu gün, 16:30

AVF rəsmisi qadınlar arasında CEV Çempionlar Liqasının matçında supervayzer təyin edilib

Futbol
Bu gün, 16:21

„Barselona“ və „Real“ arasında barışıq müqaviləsi imzalanmayıb

Futbol
Bu gün, 16:20

Fransalı müdafiəçi Jül Kunde Bakıda baş məşqçini qəzəbləndirdi

Futbol
Bu gün, 16:20

Juventus üçün 3 yeni hücumçu namizədi

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Digər
Bu gün, 15:44

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruskayaya qarşı ilk məğlubiyyətini yaşadacağını bildirib;

Boks
Bu gün, 15:42

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:40

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

Oxşar xəbərlər