top
Sahib Ələkbərov Bakı-Xankəndi velosiped yarışı və velosiped idmanının inkişafı haqqında danışıb Idman.biz
13 may 2026, 13:54
- ↺ +

Sahib Ələkbərov "Bakı-Xankəndi" velosiped yarışı və velosiped idmanının inkişafı haqqında danışıb

"Velosiped idmanının inkişafı üçün işlər görülür. Həvəs olan yerdə bizsiz də proseslər gedir".

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, həm də turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı ilə bağlı açıqlama verib.

O bildirib ki, yarışda iştirak edən 24 komandanın hər biri gələcəkdə yenidən Azərbaycana qayıtmaq istəyir:

"Azərbaycanın hər bölgəsində gözəl mənzərələr var. Yarış uğurla keçir. Təhlükəsizlik tam təmin olunub. Bu turnirdə iştirak edən 24 komandanın hər biri gələcəkdə yenidən ölkəmizə gəlmək istəyəcək. Onlar Azərbaycana heyran qalıblar. Medalçıları təbrik edirəm".

S.Ələkbərov həmçinin velosiped idmanının inkişafı istiqamətində görülən işlərdən də danışıb:

"Velosiped idmanının inkişafı üçün işlər görülür. Həvəs olan yerdə bizsiz də proseslər gedir. Elə kəndlər var ki, orada insanlar əsasən velosipeddən istifadə edirlər. Son 7-8 ay ərzində rayonlarda velosiped bölmələri yaradılıb, idmançılar velosipedlə təmin olunub. Uşaqlar bu idman növünə cəlb edilir. Gədəbəy, Qəbələ və Şamaxıda artıq bölmələr fəaliyyət göstərir, Qazaxda da yaradılması nəzərdə tutulur. Maraq kifayət qədər böyükdür".

Qeyd edək ki, veloyürüşün Qəbələ-İsmayıllı üzrə üçüncü mərhələsinin qalibi Qazaxıstanın "XDS Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa olub. Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın "XDS Astana" Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin "Li-Ninq Star" komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

Araz Xəlilli

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər