top
Rostislav Pevtsov Klaqenfurtdakı Ironman yarışında yeddinci yeri tutdu Idman.biz
19 iyun 2026, 13:13
- ↺ +

Rostislav Pevtsov Klaqenfurtdakı Ironman yarışında yeddinci yeri tutdu

Rostislav Pevtsov "Ironman" yarışlarında özünü sınamağa davam edir.

İdman.Biz xəbər verir ki, üçqat Olimpiya iştirakçısının növbəti dayanacağı Avstriyanın Klaqenfurt şəhəri olub. Vaxtilə 10 il Azərbaycan bayrağı altında çıxış edən triatlonçu burada tam "dəmir məsafə" üzrə yarışda iştirak edib və yeddinci yeri tutub.

2024-cü ilin sonunda Azərbaycan millisindəki karyerasını başa vuran Rostislav Pevtsov üçün bu, Avstraliyanın Basselton şəhərindəki yarışdan sonra ikinci tamhəcmli "Ironman" startı olub. O, Avstriyadakı yarışın nəticələrini dəyərləndirərkən irəli addım atdığını, lakin oktyabrda Konada (Havay adaları) keçiriləcək dünya çempionatına qədər hələ uzun yol keçməli olduğunu bildirib.

Rostislav Klaqenfurtdakı çıxışının necə keçdiyini İdman.Biz-ə danışıb:

"Marafonun 25-ci kilometrinədək hər şey əla gedirdi. Üzgüçülük mərhələsini yaxşı keçdim, velosiped etapı plan üzrə alındı, marafona isə güclü və özüməinamlı hisslərlə başladım. İkinci və üçüncü yerlərdə gedən idmançılardan geri qalmağı azaldırdım və onlardan cəmi 25 saniyə geri idim. Amma sonra qıcolmalar başladı. Bir neçə dəfə dayanaraq əzələlərimi açmalı və sonra hərəkətə davam etməli oldum. Həmin anda podiumun artıq əlçatmaz olduğunu başa düşdüm, amma dördüncü yeri qorumaq üçün mübarizə aparırdım. Növbəti kilometrlər isə sadəcə qaçmağa davam edə bilmək uğrunda əsl mübarizəyə çevrildi".

Triatlonçu əlavə edib ki, təxminən 35-ci kilometrdə imkanlarının həddinə çatıb:

"Qıcolmalar səngimirdi, nəfəs almaq çətinləşmişdi və hər addım ağrı ilə atılırdı. Bu, marafona həddindən artıq aqressiv başlamağın bədəli idi. Həyatımda ilk dəfə finişdən sonra tibbi yardıma ehtiyac duydum. Bu, gözlədiyim nəticə deyil, amma mənim üçün növbəti vacib dərs oldu. Komandama və tras boyunca məni dəstəkləyən bütün azarkeşlərə böyük təşəkkürümü bildirirəm. Onların enerjisi dayanmaq istədiyim anlarda belə irəli getməyimə kömək etdi".

Pevtsov yaxın gələcək üçün məqsədlərindən də söz açıb:

"Hazırda əsas vəzifəm uzun məsafələrdə potensialımı maksimum reallaşdırmaq, dünya çempionatında və Ironman seriyalarında nəticə göstərməkdir. Mənim üçün yüksək səviyyədə rəqabətədavamlı qalmaq çox vacibdir", – deyə Pevtsov fikrini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Dünən, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Dünən, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Dünən, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Dünən, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Dünən, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Oxşar xəbərlər