top
Regionlarda 13-19 Oktyabr İdman Tədbirləri Afişası Idman.biz
14 oktyabr 2025, 10:46
- +

Regionlarda 13-19 Oktyabr İdman Tədbirləri Afişası

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.Biz xəbər verir ki, oktyabrın 13-19-a müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş ümumtəhsil müəssisələri arasında minifutbol üzrə Xızı rayon kuboku – 15-16 oktyabr, saat 10:00 (Xızı rayon, Giləzi qəsəbəsi);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş ümumtəhsil müəssisələri arasında 3x3 basketbol üzrə Sumqayıt şəhər kuboku (oğlan və qız) – 15-17 oktyabr, saat 10:00 ("Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş ümumtəhsil müəssisələri arasında 3x3 basketbol üzrə Abşeron rayon kuboku (oğlan və qız) – 15-17 oktyabr, saat 10:00 (Xırdalan şəhər, Masazır qəsəbəsi, 4 nömrəli tam orta məktəb);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş 2008-ci il və daha kiçik təvəllüdlü qızlar arasında voleybol üzrə region kuboku – 16-19 oktyabr, saat 10:00 (Sumqayıt şəhər, 30 nömrəli tam orta məktəb).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında sərbəst güləş üzrə Ağsu rayon turniri - 15 oktyabr, saat 14:00 (Ağsu rayon Gəgəli kənd Güləş Zalı);

- Müstəqilliyin Bərpası Günü münasibətilə məktəbli qızlar arasında həndbol üzrə İsmayıllı rayon turniri – 15-16 oktyabr, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında Qobustan rayon turniri - 16 oktyabr, saat 14:30 (UGİM-nin idman zalı);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş stolüstü tennis üzrə yeniyetmələr arasında Qobustan rayon turniri - 17 oktyabr, saat 14:00 (Qobustan İdman Kompleksi);

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə idman ustası Vəli Qasımovun rəhbərliyi ilə ustad dərsi - 17 oktyabr, saat 16:00 (Şamaxı şəhər stadionu);

- "İdman hamı üçün" layihəsi çərçivəsində səhər idmanı - 18 oktyabr, saat 9:00 (Sərxan Hacıyev küçəsində yerləşən yaşıllıq zolağı);

- "İdman hamı üçün" layihəsi çərçivəsində səhər idmanı - 18 oktyabr, saat 9:00 (Şamaxı şəhər Şərədil kəndi).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş atletika üzrə 100 metr məsafəyə qaçış - 17 oktyabr, saat 11:00 (Samux şəhər Parkı);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sərbəst güləş üzrə Goranboy rayon turniri - 18 oktyabr, saat 10:00 (Goranboy rayonu Qaraçinar kəndi).

Qarabağ Regional Gənclər və İdman İdarəsi

- Qarabağ Universitetinin tələbələri arasında "Zəfər Kuboku" adlı voleybol turniri - 13-17 oktyabr, saat 15:00 (Xankəndi şəhəri Beynəlxalq Dil Mərkəzinin idman zalı);

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş məktəblilər arasında minifutbol üzrə rayon turniri - 14-17 oktyabr, saat 14:30 (Ağcabədi Olimpiya İdman Kompleksi);

- Gənclər arasında kros qaçışı (1000 metr) üzrə Xocavənd rayon turniri – 14 oktyabr, saat 15:30 (Xocavənd 500 ailəlik qəsəbə);

- VIII, IX, X, XI sinif məktəbli qızlar arasında Müstəqilliyin Bərpası Günü münasibətilə voleybol üzrə rayon turniri - 16 oktyabr, saat 14:00 (Abşeron rayon. Görədil q. Şuşa rayon 9 nömrəli tam orta məktəb).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

- Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin 2012-2013-cü il təvəllüdlü şagirdləri arasında atletika üzrə Xaçmaz rayon birinciliyi - 17 oktyabr, saat 10:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);

- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə kütləvi idman tədbiri - 17 oktyabr, saat 15:00 (Şabran şəhəri mərkəzi stadionu);

- Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş 2012-2013-cü və 2014-2015-ci il təvəllüdlü yeniyetmələr arasında boks üzrə Siyəzən rayon birinciliyi - 18-19 oktyabr, saat 10:00 (Siyəzən şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

- Vətən müharibəsi şəhidi Ümüd Qasımzadənin xatirəsinə həsr olunmuş ağırlıqqaldırma üzrə turnir - 13-14 oktyabr, saat 11:00 (Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin idman zalı);

- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq 2012-2014-cü il təvəllüdlü oğlanlar arasında minifutbol turniri - 15 oktyabr, saat 10:00 (Lənkəran şəhər Akademik Zərifə Əliyeva küçəsində yerləşən Sağlam Məhəllə idman zonası);

- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş basketbol üzrə Cəlilabad rayon turniri - 15-18 oktyabr, saat 17:00 (Cəlilabad şəhər 2 nömrəli tam orta məktəb);

- "Səhər idmanı" layihəsi çərçivəsində səhər məşqləri - 16 oktyabr, saat 7:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);

- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin IX-XI sinifində oxuyan oğlanlardan ibarət komandalar arasında basketbol üzrə Lerik rayon turniri - 16-17 oktyabr, saat 10:00 (Lerik şəhər İnteqrasiya təlimli, İnternat tipli Gimnaziyanın idman zalı);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında atletika üzrə Astara rayon turniri - 16-17 oktyabr, saat 10:00 (Astara Dənizkənarı Park Bulvar Kompleksi);

- Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq stolüstü tennis üzrə ümumtəhsil orta məktəblərinin şagirdləri arasında Yardımlı rayon turniri - 17 oktyabr, saat 11:30 (Yardımlı rayon Çayüzü kənd tam orta məktəb);

- Müstəqilliyin Bərpası Günü ilə əlaqədar yeniyetmələr arasında sərbəst güləş üzrə Masallı rayon turniri - 17-18 oktyabr, saat 15:00 (Masallı rayonu "Cəngavər" idman zalı);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sərbəst güləş üzrə Cəlilabad rayon turniri - 17-18 oktyabr, saat 17:00 (Cəlilabad şəhər Mərkəzi Stadionunun güləş zalı).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında minifutbol üzrə rayon turniri - 13-18 oktyabr, saat 14:00 (Göyçay Olimpiya İdman Kompleksi);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş taekvondo üzrə yeniyetmə və gənclər arasında rayon turniri - 15-16 oktyabr, saat 10:00 (Yevlax rayonu 4 nömrəli tam orta məktəbi);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş gənclər arasında tir atıcılığı üzrə şəhər turniri - 16 oktyabr, saat 9:00 (Mingəçevir Yaşar Məmmədzadə adına şəhər stadionu);

- Məktəblilər arasında atletika üzrə rayon turniri - 16 oktyabr, saat 12:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sərbəst güləş üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon turniri - 16 oktyabr, saat 15:00 (Zərdab rayonu bölmənin idman zalı);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş atletika üzrə məktəblilər arasında rayon turniri - 17 oktyabr, saat 10:00 (Ucar rayon mərkəzi stadionu);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turniri - 18 oktyabr, saat 10:00 (Göyçay rayonu Heydər Əliyev prospekti 237, sərbəst güləş idman zalı).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi

- "Müstəqilliyin Bərpası Günü" münasibətilə yeniyetmələr arasında güllə atıcılığı idman növü üzrə Saatlı rayon turniri - 15 oktyabr, saat 15:00 (Saatlı Gənclər Evi);

- "Müstəqilliyin Bərpası Günü" münasibətilə yeniyetmələr arasında stolüstü tennis üzrə Sabirabad rayon turniri - 16 oktyabr, saat 15:00 (Sabirabad Gənclər Evi).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi

- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 20 sentyabr - 25 oktyabr, saat 19:00 (Zaqatala rayon şimşək stadionu);

- Ali, orta ixtisas və peşə məktəbləri arasında voleybol üzrə şəhər turniri - 14-17 oktyabr, saat 10:00 (Şəki Dövlət Regional Kolleci);

- "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş azyaşlılar arasında şahmat üzrə rayon birinciliyi - 15 oktyabr, saat 15:00 (Qax şəhər 2 saylı məktəb lisey);

- Yeniyetmə və gənclər arasında atletika üzrə rayon birinciliyi - 16-17 oktyabr, saat 15:00 (Oğuz şəhər mərkəzi stadionu);

- Zəfər Gününə həsr olunmuş qol güləşi üzrə rayon birinciliyi - 18 oktyabr, saat 11:00 (Zaqatala rayon Heydər Əliyev adına istirahət parkı).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi

- Zəfər Gününə həsr olunmuş şəhər və qəsəbə ümumtəhsil məktəblərinin komandaları arasında minifutbol üzrə rayon turniri - 13-17 oktyabr, saat 14:00 (Neftçala Olimpiya İdman Kompleksi);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında cüdo üzrə Biləsuvar rayon birinciliyi - 14 oktyabr, saat 10:00 (Biləsuvar rayon Xırmandalı kənd 1 nömrəli tam orta məktəbi);

- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Müstəqilliyin Bərpası Gününə həsr edilmiş ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında atletika üzrə rayon birinciliyi - 15 oktyabr, saat 10:00 (Salyan Olimpiya İdman Kompleksi);

- Orta ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında atletika (100 m və estafet qaçışı) üzrə şəhər birinciliyi - 16 oktyabr, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);

- Müstəqilliyin Bərpası Günü münasibətilə orta ümumtəhsil məktəblərinin 15-16 yaşlı oğlan şagirdləri arasında 3x3 basketbol üzrə şəhər birinciliyi - 16-17 oktyabr, saat 11:30 (Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbi).

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
02 sentyabr 2026, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
02 sentyabr 2026, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
02 sentyabr 2026, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
02 sentyabr 2026, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
02 sentyabr 2026, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
02 sentyabr 2026, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
02 sentyabr 2026, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
02 sentyabr 2026, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
02 sentyabr 2026, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
02 sentyabr 2026, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
02 sentyabr 2026, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
02 sentyabr 2026, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
02 sentyabr 2026, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
02 sentyabr 2026, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
02 sentyabr 2026, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
02 sentyabr 2026, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
02 sentyabr 2026, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
02 sentyabr 2026, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
02 sentyabr 2026, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
02 sentyabr 2026, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
02 sentyabr 2026, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
02 sentyabr 2026, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
02 sentyabr 2026, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
02 sentyabr 2026, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər