top
Qarabağ və Dilbaz atları Aaxen səhnəsində Azərbaycanın atçılıq mədəniyyətini təqdim etdi Idman.biz
24 may 2026, 15:18
- ↺ +

Qarabağ və Dilbaz atları Aaxen səhnəsində Azərbaycanın atçılıq mədəniyyətini təqdim etdi

Atçılıq üzrə Azərbaycan nümayəndə heyəti Almaniyanın Aaxen şəhərində keçirilən "CHIO Aachen" tədbirində uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri sayılan mötəbər yarışda ölkəmizi təmsil edib.

1898-ci ildən təşkil olunan və bir əsrdən çox tarixə malik "CHIO Aachen" beynəlxalq atçılıq aləmində "Atçılıq idmanının Uimbldonu" kimi tanınır. Avropanın ən mötəbər konkur yarışlarından biri hesab edilən tədbirdə dünyanın aparıcı ölkələrinin atçılıq nümayəndələri, eləcə də dünya reytinqində ilk 100-lükdə yer alan tanınmış idmançılar iştirak ediblər.

Yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən və 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında baş tutub. Dünyanın müxtəlif ölkələrindən minlərlə tamaşaçı və beynəlxalq media nümayəndəsinin qatıldığı tədbir yüksək təşkilatçılığı və möhtəşəm atmosferi ilə yadda qalıb.

Tədbir çərçivəsində "Ceyms Bond" mövzusuna həsr edilən xüsusi "Horse & Symphony" proqramı təqdim olunub. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin "CHIO Aachen" orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Musiqi kompozisiyaları, atçılıq sənəti və səhnə elementlərinin vəhdəti şou proqramına xüsusi rəng qatıb. Qarabağ və Dilbaz atlarının iştirakı isə Azərbaycanın qədim atçılıq ənənələrinin beynəlxalq arenada tanıdılması baxımından diqqət çəkib.

Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü tamaşaçılarda böyük maraq doğurub. Milli musiqi elementləri və mədəni kompozisiyalar Azərbaycanın zəngin atçılıq mədəniyyətinin Avropada uğurlu təqdimatına çevrilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Oxşar xəbərlər