top
Parisdə Milli Komanda: İlk Təəssüratlar Sport24.az
09 oktyabr 2025, 19:50
- ↺ +

Parisdə Milli Komanda: İlk Təəssüratlar

(I seriya)


Ötən gün milli komandanı Parisə aparan təyyarə 15:00 radələrində buludları yarmağa başladı. Bunadək sərhəddi keçərkən sərhədçinin bəndənizə "bu boyda yol qət etməyə dəyməz" deməsini nə qədər real olsa da, eşitmək xoş olmadı.

 

Altı saata yaxın yolçuluğun bir qismi baş məşqçi Ayxan Abbasovla qarşıdakı matçın müzakirəsi, ümumi planlar və gözləntilər ətrafında əridi. Uçuşun digər saatlarına (oyunçularla ünsiyyətə icazə verilmirdi) həmkarlarla keçmiş səyahətlər zamanı yaşanan kuryoz əhvalatlarla rəng qatmağa çalışdıq. Daha sonra isə ənənəvi "sizinki sizdə, bizimki bizdə" deyib komandadan ayrıldıq. 

 

… "Paris - sevməyə və ölməyə" - əbəs yerə deməyiblər. Axşam saatlarında Fransanın paytaxtı bir çox Avropa paytaxtlarından fərqli olaraq "yuxuya getmir". Məskunlaşdığımız hoteldən Eyfel qülləsinədək məsafə 5 km təşkil edir. Ancaq  həmin yolu 1 saatdan çox vaxtımız getsə də, piyada qət etməyi qərara almaqla şəhərin "gecə libası"nı seyr etməyi üstün tutduq. Sena çayının sahili ilə irəlilədikcə, Avropanın əksər tarixi hadisələrində mühüm rol oynamış və eramızdan əvvəl III əsrdə tikilmiş şəhərin gizli nəfəsini hiss etməmək mümkün deyil. Qüllənin üstünlüklərindən biri o oldu ki, yolumuz yarı olmamışdan onu görməyə başladıq və Eyfelin sehri istər-istəməz öz cazibəsi ilə yorulan ayaqlara xüsusi stimul verdi. 

 

Senanın sahili boyunca təmiz havadan qəbul edəndə yaşıllıqları məhv edib "bakinskiy novostroykaları" tikənləri dəfələrlə yad etdik.  Həmin gecə Eyfelin "ayaqları altı"nda yəqin ki, dünyanın yarısı qədər ölkə təmsilçilərini gördük. Sanki sivilizasiyanın qarışdığı mərkəz nöqtəsidi Eyfel. Əzəməti isə… nə gizlədim, uşaqlıq arzularımda 3 şəhər olub və onlardan ikincisini dünən görmək nəsibim oldu. Eyfel qülləsi sadəcə, başqa dünyadı, əziz oxucu. Görməyənlərə qismət olsun. Bu cür anları yaşamaq insan üçün əbədi iz olur.

 

Yerli vaxtla gecə saat 1-di (Bakıda saat 3), ancaq heç birimiz inanılmaz cazibə qüvvəsinə sahib Eyfelin ərazisini tərk etmək istəmirik. Bir azdan Ayxan Abbasovun mətbuat konfransına yollanacağıq. Bugünkü Parisi isə mütləq bölüşəcəyəm. İndilik isə səfərdə saytımıza dəstək olan "Misli"yə eksklüziv təşəkkür.

 

Ardı var...

 

Ceyhun Əliyev

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:05

Karate dünyə çempionu Selcan Babayevanın Avropa çempionluğu və beynəlxalq arenadakı hədəfləri

Futbol
Bu gün, 17:50

Yuri Maksimov: 'İki xal itirməyin əvəzinə yuxarı pillələrdə daha yaxşı oynayardıq'

Basketbol
Bu gün, 17:45

LANDAU Lionsun baş məşqçisi Erhan Toker məğlubiyyət və hakim qərarlarını tənqid etdi

Futbol
Bu gün, 17:42

Rəşad Sadıqov "Zirə"nin "Araz-Naxçıvan"la 2:2-liyinə dair: "Futbolçularım böyük xarakter göstərdi və sona qədər mübarizə apardılar"

Cüdo
Bu gün, 17:40

Olimpiya çempionu Zelim Kotsoyev adaptiv cüdo məşqində iştirak etdi

Futbol
Bu gün, 17:32

“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO

Futbol
Bu gün, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Futbol
Bu gün, 16:59

İnтер Santiaqo Beltranı heyətinə qatmağı planlayır

Futbol
Bu gün, 16:52

“Turan Tovuz” Xorxe Silvanın müqaviləsi bir il uzadılacaq

Futbol
Bu gün, 16:32

Bask derbisi və El Klasikodan sonra yaralanmalar: La Liqada gərgin tur

Futbol
Bu gün, 16:29

Dadaşov qol vurdu, Dinamo Berlin 2-0 qalib gəldi

Qarabağ FK
Bu gün, 16:12

“Qəbələ – “Qarabağ” oyununda üç futbolçu zədə səbəbindən sahəyə çıxmayacaq”

Futbol
Bu gün, 16:04

David De Xea, Fiorentina ilə yollarını ayırmağa hazırdır

Futbol
Bu gün, 16:00

U-15 Dünya Kuboku: Azərbaycan yığmasının 84-cü yeri və AFFA-nın jurnalist akkreditasiyası ilə bağlı ləngimi suallar

Futbol
Bu gün, 16:00

Fransişku Konseysau UEFA tərəfindən 3 oyunluq cəzaya məhkum edildi

Futbol
Bu gün, 15:52

İtaliya A Seriyasının X turu: Milan derbisi 'San-Siro'da, 'Yuventus' və 'Napoli' Turində qarşılaşacaq

Cüdo
Bu gün, 15:31

Sumqayıtda Abşeron-Xızı cüdo çempionatı keçdi

Futbol
Bu gün, 15:30

Cim Retkliff 2029-cu ilin ikinci yarısında Manchester United‑in əsas sahibi ola bilər

Futbol
Bu gün, 15:18

FIFA U-15 Dünya Çempionatı: Bakıda 114 min porsiya yemək və 27 ton çamaşır

Futbol
Bu gün, 15:15

Araz-Naxçıvanın futbolçusu Rövşan Muradov "Zirə" ilə matçda zədələndi

Futbol
Bu gün, 15:12

İspaniya U-15 yığmasının baş məşqçisi David Qordo: "Bakıda qazandığımız çempionluq gənclər üçün ömürlük xatirə olacaq"

Futbol
Bu gün, 15:11

Sumqayıtın legioni, Ronaldo Vakzez: "Üç xal qazanmaq bizim üçün vacibdir"

Futbol
Bu gün, 14:54

Arsen Venger: Hər kəs Bakıda keçirilən FIFA U-15 dünya çempionatına aşiq oldu

Futbol
Bu gün, 14:51

Səbail məşqçisi: Futbolçuların adaptasiyasına inanıram

Oxşar xəbərlər