top
Modriç və komandası - TƏQDİMAT İdman.biz
15 may 2024, 12:18
- ↺ +

Modriç və komandası - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 30 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir. Bu həftə B qrupunun komandalarını nəzərdən keçiririk. "Ölüm qrupu"nun favoritləri İspaniya ilə İtaliya hesab edilsə də, Xorvatiya hamının çəkindiyi rəqibdir.

7-ci cəhd
Balkanlılar dünyanın ən güclü yığmaları sırasında möhkəmlənib. Amma "damalılar" Avropa səhnəsində heç cür uğur qazana bilmir. Düzdür, yığma 7-ci dəfə qatıldığı final mərhələlərinin daimi iştirakçısına çevrilib. Xorvatiya XXI əsrdə heç vaxt yarışdan kənar qalmayıb. Amma yığma nəticələri ilə azarkeşlərini sevindirə bilmir. AVRO-1996 və AVRO-2004-dəki 1/4 final ən yaxşı nəticədir. Son iki yarışda 1/8 səddini keçə bilməyən balkanlılar 2012-ci ildə qrupda qalıb.

"Qızıl nəslin" qızıl arzusu
AVRO-2024 Xorvatiya futbolunun "qızıl nəsli" üçün son böyük turnir olacaq. Luka Modriç və digər "qocalar" çətin ki, bir də final mərhələlərində görünsün. Zlatko Daliç kimi güclü baş məşqçiyə malik yığma son iki dünya çempionatında mükafatçılar sırasında yer alıb. 2018-ci ilin vitse-çempionu dörd il sonra bürünclə kifayətlənib. Gümüş və bürüncü olan "qızıl oğlan"lar kolleksiyalarını qızılla tamamlamaq niyyətindədirlər. Amma bu, heç də asan olmayacaq.

"10 nömrə" ilə irəli
Xorvatiyanın həm seçmə mərhələdə, həm qrupda bəxti o qədər də gətirməyib. Güclü Türkiyə və Uels milliləri ilə mübarizədə rəqiblərinin hərəsinə bir dəfə uduzan balkanlılar britaniyalılardan cəmi 1 xal qoparıb. Çətinliklə ikinci olan Zlatko Daliçin yetirmələri final mərhələsində də "Ölüm qrup"una düşüb. Son Avropa çempionatının 1/8 finalında əlavə vaxtda uduzduqları İspaniyadan revanş almaq, son çempion İtaliyanı dayandırmaq kimi vəzifələrin öhdəsindən gəlinməlidir. Komandanın yetərincə yaşlı olması azmış kimi iki əsas mövqedə axsama da hiss olunur. Millətlər Liqasının son finalçısı qapıçı və mərkəz hücumçusu sarıdan favoritlərdən xeyli geri qalır. Amma dünyanın ən yaxşı "10 nömrələri"ndən biri kimi tarixə düşən Modriç bu yaşında da komandasını arxasınca daşımaya çalışacaq.

Xorvatiya millisinin qrupdakı oyunları:
15 iyun. İspaniya - Xorvatiya
19 iyun. Xorvatiya - Albaniya
24 iyun. Xorvatiya – İtaliya

Qeyd edək ki, B qrupunun görüşləri 6 fərqli şəhərdə - Berlin, Dortmund, Hamburq, Helzenkirhen, Düsseldorf və Leypsiqdə keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:21

“Arsenal”ın 16 yaşlı ulduzu Maks Dauman İngiltərə U‑21‑də rekord qırdı

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 04:08

Azərbaycan milli komandası D Liqasının qrupunu lider olaraq başa çatdırdı

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Dünən, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Dünən, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Dünən, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Dünən, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Oxşar xəbərlər