Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan karateçisi Mədinə Sadıqova qadınların -55 kq çəki dərəcəsində qızıl medal qazanaraq Avropa çempionu olub.
İdman.Biz bildirir ki, Sadıqova finalda türkiyəli İm Zümra Rezzanı məğlub edib - 9:6.
Bununla da Mədinə Sadıqova Azərbaycan karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.
20:24
Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi medal qazanıb.
İdman.Biz xəbər verir ki, Tokio 2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, dünya və Avropa çempionu İrina Zaretska fərqlənib.
İrina bürünc medal uğrunda görüşdə ötən Avropa çempionatının finalçısı Maria Nieto (İspaniya) ilə qarşılaşıb.
Rəqibinə 6:1 qalib gələn Zaretska bürünc medallara sahib olub.

Digər təmsilçimiz Gülay Orucova bürünc medal uğrunda qarşılaşmada bosniyalı Emina Sipoviçə 4:0 hesabı ilə məğlub olub.
Karateçimiz Aslan Dostuyev də üçüncü yer uğrunda mübarizədə monteneqrolu Balsa Voyinoviçə məğlub olub – 2:7.