"Flamenqo"nun hücumçusu Pedro Gilyerme karyerasını Avropada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "İnter" braziliyalı forvardı heyətinə qatmaqda israrlıdır.
Onun "Flamenqo" ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. Onun özü də Avropaya geri qayıtmağı planlaşdırır.
Qeyd edək ki, Pedro karyerası ərzində "Fluminense", "Fiorentina" klublarının formasını geyinib.