top
“Ronaldu komandanı da, məni də yarı yolda qoydu”: Ten Haq “Mançester Yunayted”in sirlərini açıqladı Idman.biz
Bu gün, 15:42
- ↺ +

“Ronaldu komandanı da, məni də yarı yolda qoydu”: Ten Haq “Mançester Yunayted”in sirlərini açıqladı

"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haq istefasından sonra ilk dəfə "Old Trafford"da çalışdığı dövrdə baş verən hadisələr barədə ətraflı danışıb. Niderlandlı mütəxəssis The Athletic nəşrinə verdiyi geniş müsahibədə Kriştianu Ronaldunu sərt tənqid edib, reallaşmayan transferlərin təfərrüatlarını açıqlayıb və klub rəhbərliyini verdiyi vədlərə əməl etməməkdə ittiham edib.

İdman.Biz xəbər verir ki, müsahibənin ən diqqətçəkən məqamlarından biri 2022-ci ilin noyabrında "Mançester Yunayted"dən ayrılan portuqaliyalı ulduzla yaşanan münaqişənin təfərrüatları olub.

"O, həm komandanı, həm də məni yarı yolda qoydu", – deyən Ten Haq əvvəlcə Ronalduya böyük ümidlər bəslədiyini, hətta qarşıdakı mövsümlə bağlı planlarını onunla müzakirə etmək üçün xüsusi olaraq Portuqaliyaya getdiyini bildirib.

Baş məşqçinin sözlərinə görə, problemlər futbolçunun məşqlərə münasibəti və fiziki hazırlığı ilə bağlı yaranıb. Ten Haq iddia edir ki, Ronaldu bəzi məşqləri buraxır, tələb olunan fiziki yüklənmələri yerinə yetirmir, meydanda həm topla, həm də topsuz kifayət qədər fəallıq göstərmirdi.

Niderlandlı mütəxəssis 2022-ci ilin avqustunda "Brentford"a 0:4 hesablı məğlubiyyətdən sonra baş verən hadisəni də xatırladıb. Həmin vaxt o, futbolçular üçün əlavə qaçış məşqi təyin edib. Lakin Ten Haqın iddiasına görə, Ronaldu nəzərdə tutulan üç dövrədən yalnız ikisini qaçıb.

Bundan başqa, mütəxəssis portuqaliyalının komanda yoldaşlarına məşqlərdə qüvvələrini qorumağı tövsiyə etdiyini bildirib. Ten Haq vurğulayıb ki, Ronaldunun nailiyyətlərinə hər zaman hörmətlə yanaşıb, lakin hətta dünya səviyyəli ulduzlar da komandanın maraqları naminə çalışmalı və müəyyən edilmiş tələblərə əməl etməlidirlər.

"The Athletic" məsələ ilə bağlı Ronaldunun nümayəndəsinə müraciət etsə də, müsahibənin dərc olunduğu vaxta qədər cavab almayıb.

Müsahibədə "Mançester Yunayted"in daxilindəki ab-hava da müzakirə olunub. Ten Haqın fikrincə, bəzi tanınmış futbolçular klubda baş verən proseslərə həddindən artıq təsir göstərirdilər. O, xüsusilə Madrid "Real"ının sabiq oyunçuları Ronaldu, Kazemiro və Rafael Varanın adlarını çəkib. Mütəxəssisin sözlərinə görə, onların futbol fəlsəfəsi heç də həmişə "Mançester Yunayted" rəhbərliyinin tələbləri ilə üst-üstə düşmürdü.

Niderlandlı çalışdırıcı Mançesterdə işlədiyi müddətdə bir neçə ulduz futbolçunun transferində israrlı olduğunu da etiraf edib.

2023-cü ildə hücumçu mövqeyi üçün onun əsas hədəfi sonradan "Tottenhem"dən "Bavariya"ya keçən Harri Keyn olub. Ten Haq bu transferin baş tutmasını çox istədiyini, lakin klubun sövdələşmədən imtina etdiyini bildirib.

Mütəxəssis həmçinin sonradan "Arsenal"ın futbolçusuna çevrilən Deklan Raysı və "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqu komandasında görmək istəyib. De Yonqla hətta görüşlər keçirilsə də, onu Mançesterə köçməyə razı salmaq mümkün olmayıb.

Ten Haq "Mançester Yunayted" rəhbərliyinə qarşı da ciddi narazılıqlarını dilə gətirib.

Onun sözlərinə görə, 2024-cü ildə İngiltərə Kubokunu qazandıqdan və əməkdaşlığın davam etdirilməsi barədə qərar qəbul olunduqdan sonra klub rəhbərliyi ona dəstək, qərarların qarşılıqlı razılaşdırılması və daha sıx əməkdaşlıq vəd edib. Lakin sonradan bu razılaşmalara əməl olunmayıb.

Ten Haq buna misal olaraq Skott Maktomineyin 30,5 milyon avroya "Napoli"yə satılmasını göstərib. Niderlandlı mütəxəssis qol vurmaq bacarığına malik olan yarımmüdafiəçini komandanın vacib üzvü hesab etdiyini və onun gedişinə qəti şəkildə qarşı çıxdığını bildirib.

2024-cü ilin oktyabrında istefaya göndərilməsinin şəraitindən məyus olsa da, Ten Haq "Mançester Yunayted"ə və klubun azarkeşlərinə münasibətinin əvvəlki kimi isti qaldığını vurğulayıb. O, həmçinin klub rəhbərliyini hazırkı baş məşqçi Maykl Kerriklə bağlı qərar verməyə tələsməməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 20-də dərc olunan müsahibə Ten Haqın "The Athletic" nəşrinin jurnalisti Lori Uitvellə geniş söhbətinin birinci hissəsidir.

Müsahibənin davamı sabah – oktyabrın 21-də yayımlanacaq. İkinci hissədə mütəxəssis Kobbi Maynu və Alexandro Qarnaçonun inkişafından, "Mançester Yunayted"in analitik şöbəsinə kömək etmək təşəbbüsündən danışacaq, həmçinin "Sevilya" ilə qarşılaşmanın onun İngiltərə klubundakı fəaliyyətində niyə dönüş nöqtəsinə çevrildiyini izah edəcək.

Hazırda Erik Ten Haq Niderlandın "Tvente" klubunda texniki direktor vəzifəsində çalışır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:40

Son dəqiqələrin qəhrəmanı: Tellur Mütəllimovun hekayəsi - VİDEO

Qarabağ FK
Bu gün, 16:26

Xəyal etdi, inandı, qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının “Changan Q07” qalibi danışdı - VİDEO

Digər
Bu gün, 16:24

“Kəpəz” Birinci Liqanın bombardirini transfer etmək istəyir

Futbol
Bu gün, 16:20

İnтер "Flamenqo"nun hücumçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 16:12

Coy-Lens Mikels: “Almaniyada alınmadı” – Dortmund klubuna dair açıqlamalar

Futbol
Bu gün, 15:50

Borussiya futbolçuları Bakıda futbol-tennis oynadı

Digər
Bu gün, 15:40

Ruslar özbəkləri seçdi

Qarabağ FK
Bu gün, 15:27

“Qarabağ”ın sabiq futbolçusu: “Sabah”dan uğurlu nəticə gözləyirik”

Digər
Bu gün, 15:11

Voleybol üzrə Azərbaycan çempionu “Turan” “Mladost”a qarşı: Tovuz klubu Avropada sözünü deyə biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 15:00

Luis Enrike: Barcelona dünyanın ən yaxşı komandalarındandır, ideal komanda yoxdur

Futbol
Bu gün, 14:57

Vitinya: "Barçelonanın inanılmaz yarımmüdafiə xətti var, maraqlı taktiki mübarizə gözləyirik"

Güləş
Bu gün, 14:54

Qazaxıstanda keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti müəyyən olunub

Futbol
Bu gün, 14:42

"Neftçi"nin üzvlüyündə məşbufa - gənc futbolçu Şəhid qardaşına həstırlanıb kərış

Futbol
Bu gün, 14:40

Mançester City ciddi itki ilə üzləşib – Semenyo yaralandı

Futbol
Bu gün, 14:32

Sergen Yalçın Türkiyə milli komandasının baş məşqçisi təyin edildiyini açıqladı

Olimpiada
Bu gün, 14:12

Azərbaycanın birincisi tramplindən xizəklə tullanma idmançısı: Qorxunu yenib, fərqli reaksiya verir

Futbol
Bu gün, 14:00

İlkin Qırtımov Qəbələdə məşqçi vəzifəsini qəbul etdi

Futbol
Bu gün, 13:57

DPA: 'Sabah'ın Borussia qarşılaşmasında mövsümdə ən yüksək izləyici sayı gözlənilir

Futbol
Bu gün, 13:42

Neftçi Breno Almeyda transferi ilə bağlı şayiələrə aydınlıq gətirdi

Futbol
Bu gün, 13:40

Arsenal Deklan Raysa yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 13:37

Ronaldo cəzasının yüngülləşdirilməsini tələb etdi

Futbol
Bu gün, 13:35

Azərbaycan qadın futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib;

Basketbol
Bu gün, 13:28

Baş məşqçi Natali Nakase oyunçulara atəş və partlayış səsləri ilə motivasiya verir

Oxşar xəbərlər