İspaniyalı hakim Alexandro Ernandes Ernandes "Barselona" ilə "Real Madrid" arasında keçiriləcək "El-Klasiko"nu idarə etməyəcək.
İdman.Biz "Marca" nəşrinə istinadla xəbər verir ki, Ernandes Ernandesin qarşılaşmaya hakim təyin olunacağı barədə məlumatın əvvəlcədən mətbuata sızması narazılığa səbəb olub. Portuqaliyalı mütəxəssis Joze Mourinyo da bu məsələyə etiraz edib.
"Radio Marca"nın "La Tribu" proqramında çıxış edən jurnalist Roberto Qomesin sözlərinə görə, Mourinyonun etirazından sonra hakim təyinatının dəyişdirilməsi qərara alınıb. Bildirilir ki, Hakimlər üzrə Texniki Komitə əlavə mübahisələrin yaranmasını istəmir.
Bununla belə, "El-Klasiko"nu idarə edəcək yeni hakimin adı hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Barselona" ilə "Real Madrid" arasında qarşılaşma oktyabrın 25-də keçiriləcək.