Dortmund "Borussiya"sının futbolçuları "Sabah"la UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək oyun öncəsi Bakıda qaldıqları hoteldə futbol-tennis oynayıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi "Instagram" hesabında paylaşım edilib.
Bu gönderiyi Instagram'da gör
Videoda futbolçuların futbol-tennis oynadıqları və əyləndikləri anlar əks olunub.
Qeyd edək ki, "Sabah" - "Borussiya" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.