top
Vitinya: Barçelonanın inanılmaz yarımmüdafiə xətti var, maraqlı taktiki mübarizə gözləyirik Idman.biz
Bu gün, 14:57
- ↺ +

Vitinya: "Barçelonanın inanılmaz yarımmüdafiə xətti var, maraqlı taktiki mübarizə gözləyirik"

PSJ-nin yarımmüdafiəçisi Vitinya UEFA Çempionlar Liqasının əsas mərhələsində "Barselona" ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu Kataloniya təmsilçisinin yarımmüdafiə xəttini yüksək qiymətləndirərək komandalar arasında maraqlı taktiki mübarizə gözlədiyini bildirib.

Vitinya oyunöncəsi mətbuat konfransında qarşılaşmanın əhəmiyyətindən danışıb. O, bu matçın vacib olmasına baxmayaraq, nəticənin komandaların mövsümünə həlledici təsir göstərməyəcəyini vurğulayıb.

"Hələ oktyabr ayıdır. Mövsüm ərzində vəziyyətin nə qədər dəyişə biləcəyini yaxşı bilirik. Oktyabrda baş verənlər martda tamamilə fərqli görünə bilər.

Bununla belə, hazırda bu, oynaya biləcəyiniz ən yaxşı matçlardan biridir. Avropanın ən güclü iki komandası üz-üzə gələcək. Düşünürəm ki, çox maraqlı oyun olacaq. Həm komandamız, həm də mən bu qarşılaşmanı səbirsizliklə gözləyirik", - deyə o bildirib.

PSJ-nin yarımmüdafiəçisi bu matçın komandanın hazırkı səviyyəsini qiymətləndirmək baxımından da əhəmiyyətli olduğunu qeyd edib.

"Bu, böyük oyundur. Həlledici olmasa da, bizi çox motivasiya edir. Mövsümün bu mərhələsində hansı səviyyədə olduğumuzu görmək istəyirik", - deyə Vitinya əlavə edib.

O, "Barselona"nın yarımmüdafiə xəttini də xüsusi vurğulayıb, rəqibin texniki imkanlarını yüksək qiymətləndirib və topa nəzarət uğrunda çətin mübarizə gözlədiyini bildirib.

"Barselona"nın inanılmaz yarımmüdafiə xətti var. Onların oyun tərzini çox bəyənirəm. Oyuna hansı komandanın nəzarət edəcəyini görmək maraqlı olacaq. Çünki hər iki tərəf rəqibə təzyiq göstərmək və topa sahib olmaq istəyir. Bu da qarşılaşma ərzində boş zonaların yaranmasına səbəb olacaq", - deyə portuqaliyalı futbolçu vurğulayıb.

Hər iki komanda hücumameyilli və topa nəzarətə əsaslanan futbolu ilə seçilir. Buna görə də yarımmüdafiədəki mübarizə qarşılaşmanın taleyini müəyyənləşdirən əsas amillərdən biri ola bilər.

Qeyd edək ki, PSJ ilə "Barselona" arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu bu gün, oktyabrın 20-də Parisdə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:50

Borussiya futbolçuları Bakıda futbol-tennis oynadı

Digər
Bu gün, 15:42

“Ronaldu komandanı da, məni də yarı yolda qoydu”: Ten Haq “Mançester Yunayted”in sirlərini açıqladı

Digər
Bu gün, 15:40

Ruslar özbəkləri seçdi

Qarabağ FK
Bu gün, 15:27

“Qarabağ”ın sabiq futbolçusu: “Sabah”dan uğurlu nəticə gözləyirik”

Digər
Bu gün, 15:11

Voleybol üzrə Azərbaycan çempionu “Turan” “Mladost”a qarşı: Tovuz klubu Avropada sözünü deyə biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 15:00

Luis Enrike: Barcelona dünyanın ən yaxşı komandalarındandır, ideal komanda yoxdur

Güləş
Bu gün, 14:54

Qazaxıstanda keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti müəyyən olunub

Futbol
Bu gün, 14:42

"Neftçi"nin üzvlüyündə məşbufa - gənc futbolçu Şəhid qardaşına həstırlanıb kərış

Futbol
Bu gün, 14:40

Mançester City ciddi itki ilə üzləşib – Semenyo yaralandı

Futbol
Bu gün, 14:32

Sergen Yalçın Türkiyə milli komandasının baş məşqçisi təyin edildiyini açıqladı

Olimpiada
Bu gün, 14:12

Azərbaycanın birincisi tramplindən xizəklə tullanma idmançısı: Qorxunu yenib, fərqli reaksiya verir

Futbol
Bu gün, 14:00

İlkin Qırtımov Qəbələdə məşqçi vəzifəsini qəbul etdi

Futbol
Bu gün, 13:57

DPA: 'Sabah'ın Borussia qarşılaşmasında mövsümdə ən yüksək izləyici sayı gözlənilir

Futbol
Bu gün, 13:42

Neftçi Breno Almeyda transferi ilə bağlı şayiələrə aydınlıq gətirdi

Futbol
Bu gün, 13:40

Arsenal Deklan Raysa yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 13:37

Ronaldo cəzasının yüngülləşdirilməsini tələb etdi

Futbol
Bu gün, 13:35

Azərbaycan qadın futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib;

Basketbol
Bu gün, 13:28

Baş məşqçi Natali Nakase oyunçulara atəş və partlayış səsləri ilə motivasiya verir

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Futbol
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Hadisə şişirdilib, heç kimə fiziki zor tətbiq etməmişəm”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Oxşar xəbərlər