top
Neftçinin üzvlüyündə məşbufa - gənc futbolçu Şəhid qardaşına həstırlanıb kərış Idman.biz
Bu gün, 14:42
- ↺ +

"Neftçi"nin üzvlüyündə məşbufa - gənc futbolçu Şəhid qardaşına həstırlanıb kərış

"Neftçi"nin U-14 komandasında çıxış edən Mustafa Vəlizadə gələcəkdə paytaxt klubunun əsas komandasında oynamağı arzulayır.

İdman.Biz xəbər verir ki, şəhid ailələri üçün təşkil olunan futbol düşərgəsində istedadı ilə diqqət çəkən Mustafa klubun akademiyasına seçilib. Vətən müharibəsi şəhidi, tağım komandiri, baş leytenant İsmayıl Vəliyevin kiçik qardaşı olan gənc futbolçu indiyədək "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarında bir sıra oyunlar keçirib və qollar vurub.

Mustafa vurduğu qolları şəhid qardaşına həsr etdiyini deyir. O, qardaşının hər zaman göydən ona baxdığına inanır.

M. Vəlizadə qafqazinfo-ya müsahibəsində uşaqlıq arzularından, futbola gəlişindən və gələcək hədəflərindən danışıb.

"Uşaq vaxtı çox vaxt məhəllədə futbol oynayırdım. Bunu babam gördü və məni futbol məktəbinə yazdırmaq istədi. Amma həmin vaxt koronavirusa görə karantin düşdü və alınmadı. Karantin rejimi bitdikdən sonra isə futbol məktəbinə getməyə başladım. Sonra isə "Neftçi"yə gəldim. Özümü burada çox rahat hiss edirəm. "Neftçi" böyük komandadır".

Bakı klubunun üzvü azarkeşlik etdiyi klub və futbolçuların da adını açıqlayıb:

"Uşaqlıqldan "Real"a azarkeşlik edirəm. Futbolçu kimi isə əvvəlcə Messini izləyirdim və bəyənirdim. Sonra Ronaldonu izləməyə başladım. İndi onu çox bəyənirəm".

Mustafa qardaşı şəhid İsmayıl Vəliyevdən isə kövrələrək söz açıb:

"Qardaşım baş leytenant idi. 8 noyabr 2020-ci ildə Vətən müharibəsi döyüşləri zamanı şəhid oldu. Bu günümü görsəydi, mənimlə fəxr edərdi".

O, ən yaxşı qolunu isə "Qarabağ"a vurduğunu deyib:

"Ölkə çempionatlarında çox oynamışam. Ən yaxşı qolumu isə "Qarabağ"a vurmuşam".

Əməkdar məşqçi, "Neftçi"nin aşağı yaş qruplarına nəzarət edən İslam Kərimov isə futbolçusu barədə ağızdolusu danışıb:

"Biz hər zaman şəhid və qazi ailələrinə diqqət ayırmışıq. Bir gün onlar üçün burda tədbir keçirdik. Orada məşq keçirdim və Mustafanın istedadını gördüm. Düşündüm ki, onu akademiyamıza cəlb etməliyik. Sağ olsun ki, klub rəhbərliyi və məşqçilər təşəbbüsümü bəyəndilər. Sonra onu bura dəvət etdik. Mustafa ötən il U-13 komandamızla birlikdə Azərbaycan çempionu oldu. Görünür ki, seçimimdə yanılmamışam".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:42

“Ronaldu komandanı da, məni də yarı yolda qoydu”: Ten Haq “Mançester Yunayted”in sirlərini açıqladı

Digər
Bu gün, 15:40

Ruslar özbəkləri seçdi

Qarabağ FK
Bu gün, 15:27

“Qarabağ”ın sabiq futbolçusu: “Sabah”dan uğurlu nəticə gözləyirik”

Digər
Bu gün, 15:11

Voleybol üzrə Azərbaycan çempionu “Turan” “Mladost”a qarşı: Tovuz klubu Avropada sözünü deyə biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 15:00

Luis Enrike: Barcelona dünyanın ən yaxşı komandalarındandır, ideal komanda yoxdur

Futbol
Bu gün, 14:57

Vitinya: "Barçelonanın inanılmaz yarımmüdafiə xətti var, maraqlı taktiki mübarizə gözləyirik"

Güləş
Bu gün, 14:54

Qazaxıstanda keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti müəyyən olunub

Futbol
Bu gün, 14:40

Mançester City ciddi itki ilə üzləşib – Semenyo yaralandı

Futbol
Bu gün, 14:32

Sergen Yalçın Türkiyə milli komandasının baş məşqçisi təyin edildiyini açıqladı

Olimpiada
Bu gün, 14:12

Azərbaycanın birincisi tramplindən xizəklə tullanma idmançısı: Qorxunu yenib, fərqli reaksiya verir

Futbol
Bu gün, 14:00

İlkin Qırtımov Qəbələdə məşqçi vəzifəsini qəbul etdi

Futbol
Bu gün, 13:57

DPA: 'Sabah'ın Borussia qarşılaşmasında mövsümdə ən yüksək izləyici sayı gözlənilir

Futbol
Bu gün, 13:42

Neftçi Breno Almeyda transferi ilə bağlı şayiələrə aydınlıq gətirdi

Futbol
Bu gün, 13:40

Arsenal Deklan Raysa yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 13:37

Ronaldo cəzasının yüngülləşdirilməsini tələb etdi

Futbol
Bu gün, 13:35

Azərbaycan qadın futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib;

Basketbol
Bu gün, 13:28

Baş məşqçi Natali Nakase oyunçulara atəş və partlayış səsləri ilə motivasiya verir

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Futbol
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Hadisə şişirdilib, heç kimə fiziki zor tətbiq etməmişəm”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Oxşar xəbərlər