top
Qazaxıstanda keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti müəyyən olunub Idman.biz
20 oktyabr 2026, 14:54
- ↺ +

Qazaxıstanda keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti müəyyən olunub

Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yayıb.

Bildirilib ki, AGF-nin təlim-məşq bazasında yunan-Roma güləşi üzrə milli komandanın yolasalma mərasimi keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev iştirak edib.

Görüşdə milli komandaya uğurlar arzulanıb və yarışda ölkəni təmsil edəcək güləşçilərin adları açıqlanıb.

Oktyabrın 20-də isə Quba Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə milli komandanın üzvləri ilə görüş keçirilib.

Tədbirdə iştirak edən N.Abdullayev, F.Mansurov və P.Piriyev komandaya uğurlar arzulayıb və heyət açıqlanıb.

Mundialda Azərbaycanı 23 güləşçi təmsil edəcək. Yarışın ilk günlərində mübarizəyə yunan-Roma güləşi üzrə milli komandamız start verəcək. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) çıxış edəcək.

Daha sonra estafet qadın güləşçilərimizə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) dünya çempionatında gücünü sınayacaq.

Çempionatın son günlərində isə sərbəst güləşçilərimiz xalçaya çıxacaq. Millinin baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) qələbə uğrunda mübarizə aparacaq.

"Barıs Arena"da keçiriləcək yarışda gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə 09:30-da, axşam seansının görüşləri isə 17:00-da başlayacaq.

Qeyd edək ki, I-S dərəcəli referilərimiz Asif Şirəliyev və Sədi Quliyev DÇ-də ədaləti qoruyacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Oxşar xəbərlər