top
Fikrət Sideifzadə: Məncə, Şəhriyar Məmmədyarov Azərbaycan çempionu olacaq Report.az
10 fevral 2025, 11:31
- ↺ +

Fikrət Sideifzadə: "Məncə, Şəhriyar Məmmədyarov Azərbaycan çempionu olacaq"

Məncə, Şəhriyar Məmmədyarov Azərbaycan çempionu olacaq.

Bunu "Report"a açıqlamasında əməkdar məşqçi Fikrət Sideifzadə şahmat üzrə ölkə çempionatı ilə bağlı danışarkən deyib.

O, Ş.Məmmədyarovun bu yarışda yaxşı mübarizə apardığını bildirib:

"Çox ciddi rəqiblərini 2:0 hesabı ilə üstələyib. Düşünürəm ki, birinci yerə də layiqdir. Amma artıq bir səhv də həlledici olacaq. Yarımfinala vəsiqə qazananların hamısı - dördü də yığma üzvüdür. Növbəti qarşılaşmalar da maraqlı olacaq".

F.Sideifzadə qadınların yarışı ilə bağlı da fikirlərini bölüşüb:

"Günay Məmmədzadənin bu turnirdəki oyunu xoşuma gəlmir. 1/4 finalda da çətinliklə qalib gəlib. Hər bir şahmatçının maksimumu var. Qadın şahmatçılarımız son dönəmlərdə yaxşı çıxış edirlər. Daha da irəli addımlamaq üçün çalışmalıdırlar. Öz səhvləri üzərində işləməlidirlər. Təəssüf ki, qadınlardan ibarət yığmada aşağıdan gələn gənc şahmatçı görmürəm. Bu da böyük minusdur. İlk beş qrossmeysterdən sonra Nərmin Abdinova və Ayan Allahverdiyeva hələlik komandaya yaxınlaşa bilmirlər. Ümid edirəm ki, yeni şahmatçılar da yetişəcək".

Əməkdar məşqçi bu səviyyədə Azərbaycan çempionatının çox az olduğunu vurğulayıb:

"Daha əvvəl, 1971-ci ildə Kirovabad (indiki Gəncə) şəhərində ölkə çempionatı yüksək səviyyədə keçib. Bundan sonra aparıcı şahmatçılarımızın qatıldığı turnir xatırlamıram. Hazırda bütün öndə olan qrossmeysterlər çempionatda mübarizə aparırlar. Onlara yaxşı şərait də yaradılıb, mükafat fondu artırılıb".

Qeyd edək ki, Azərbaycan çempionatında yarımfinal mərhələsinin oyunlarına bu gün start veriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 17:07

Giorgi Meşvildişvili Hindistan Peşəkar Güləş Liqasının əsas transfer hədəfinə çevrilib

Futbol
Bu gün, 17:03

Sneyder Ramosun hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb

Futbol
Bu gün, 17:00

Kəpəz"də Verdaska 11 həftədir meydanda yoxdur – 6 həftəlik zədəniyyət niyə uzanıb?

Futbol
Bu gün, 17:00

Ayxan Abbasovun səhvləri var, amma futbolumuzun bütün günahını onun üzərinə atmaq yanlışdır

Futbol
Bu gün, 16:56

Oliver Kan Musialanın vəziyyətini Bavariya rəhbərliyinin tənqidini bildirib

Futbol
Bu gün, 16:53

"Slaviya" Çempionlar Liqasında 24 oyundur qələbə qazana bilməyərək antirekorda imza atıb

Futbol
Bu gün, 16:51

MHK: Qalatasarayın "Samsunspor"a vurduğu qol ofsayd olduğuna görə sayılmamalı idi

Futbol
Bu gün, 16:50

Fənərbağça

Futbol
Bu gün, 16:50

Rednapp "Çelsi"yə Van Deyki transfer etməyi məsləhət görü

Futbol
Bu gün, 16:49

Sabah

Futbol
Bu gün, 16:43

Mançester Siti

Futbol
Bu gün, 16:43

“Liverpul” Konate‑i “Bayer 04”dən 60 milyon avroya geri qaytara bilər

Digər
Bu gün, 16:41

FIFA kiberhücuma məruz qaldı – 12 GB-dan çox məlumat ələ keçirildi

Futbol
Bu gün, 16:40

Sneyder Ramosun 2010 Dünya çempionatı formasını 65 126 avroya hərraca çıxarıb

Futbol
Bu gün, 16:40

"Brügge" "Arsenal"ın hədəfindəki Borqesi-ni satmayacağını bəyan edib

Futbol
Bu gün, 16:40

"Sabah"ın "Barselona"ma qarşı cəsur oyunu alqışlanır, lakin "Match TV" hörmətsiz münasibət nümayiş etdirib

Futbol
Bu gün, 16:32

Barselonanın müdafiəçisi Balde "Sabah"a qarşı Çempionлар Liqası oyununda ciddi zədə alıb;

Futbol
Bu gün, 16:28

Barselona’nın transfer planları Sabaha qarşı oynadığı maçta aldığı yaralanmayla tehlikeye girebilir

Futbol
Bu gün, 16:21

PSJ Qapıçısı Lukas Şevalyeyin Ayrılma İmkanları Müzakirə Olunur

Futbol
Bu gün, 16:13

FİFA kiberhücumu təsdiqlədi — şəxsi və kommersiya məlumatlarına icazəsiz giriş əldə olunub

Futbol
Bu gün, 16:13

"Neftçi" - "Zirə" matçında ümumilikdə beş futbolçu oynaya bilməyəcək

Futbol
Bu gün, 16:00

«Neftçi» rəhbərliyi futbolçular üçün ardıcıl qəlbə seriyesinə görə yeni mükafatlandırma sistemi təsis etdi

Futbol
Bu gün, 16:00

Yunis Hüseynov AFFA‑nin məhdud cəza qərarını tənqid edir

Futbol
Bu gün, 15:52

Azərbaycanın U-19 qadın millisi Avropa çempionatı seçmələrində Serbiyaya 0:3 hesabıyla məğlub oldu;

Oxşar xəbərlər