top
FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb AAF
08 dekabr 2023, 18:13
- ↺ +

FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası– FIA Baş Assambleyasının illik yekun iclası keçirilib.

 

İclasda çıxış edən Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov FIA Baş Assambleyası və Mükafatlandırma mərasiminin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb və belə tədbirlərin məqsədinin ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artmasına, Azərbaycanda bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəldiyini bildirib.

 

"Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq avtoidman sahəsində yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları, klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşlər və digər layihələr həyata keçirir", - federasiya prezidenti ölkəmizin 2016-cı ildən etibarən Formula 1 yarışlarına ev sahibliyi etdiyini xatırladıb. Bakı şəhərinin gözəl küçələrində Formula 1 yarışının uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə FIA-ya təşəkkürünü çatdırıb. Həmçinin Bakıda FIA həftəsinin uğurla keçməsi və yaddaqalan olmasında əməyi keçən hər kəsə, o cümlədən FIA əməkdaşlarına və könüllülərə minnətdarlıq ifadə edilib.

 

FIA həftəsi çərçivəsində paytaxtımızda bir araya gələn dünyanın müxtəlif ölkələrinin avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları, ümumilikdə 128 ölkənin nümayəndəsi, 189 klubun təmsilçisi, həmçinin onlayn şəkildə tədbirə qoşulan iştirakçılar dekabrın 5-dən fərqli formatlarda avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə ediblər.

 

Bakı müzakirələrinin səmərəsindən danışan Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem bu cür mötəbər tədbirin FIA-nın işinə töhfə verəcəyini bildirib.

 

Müzakirələr zamanı səsvermələrin nəticəsi Baş Assambleyanın 2024-cü ilin iyunun 14-də keçiriləcək iclasının Özbəkistanın Səmərqənd şəhərində olması, gələn il dekabrın 13-dəki iclasının isə Ruandanın Kiqali şəhərində keçirilməsi təsdiqlənib.

 

FIA Baş Assambleyasının yekun iclasının sonunda FIA ailəsi Bakıdakı tədbirləri tarixi yaddaşa köçürəcək xatirə şəkli çəkdirib.

 

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed ben Sulayemə üzərində Bakının rəmzləri sayılan İçərişəhər, Heydər Əliyev Mərkəzi və Alov Qüllələrinin təsviri fonunda FIA loqosu olan xalça hədiyyə edilib.

 

Həmçinin yol hərəkəti təhlükəsizliyi ilə bağlı Bakıda məktəblilər arasında AAF tərəfindən təşkil olunan intellektual yarışın qalibləri mükafatlandırılıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:02

Kenan Yıldız Messi-dən qızılı hədiyyə aldı

Futbol
Bu gün, 16:00

Portuqaliya millisi Ronaldoya hörmət olaraq 7 nömrəli formayla çıxacaq

Cüdo
Bu gün, 15:52

Bakıda cüdo üzrə paytaxt birinciliyində ilk medalçılar müəyyənləşib

Cüdo
Bu gün, 15:46

Azərbaycan cüdoçuları Bakıdakı klublarda birgə məşqlərə qatılıblar

Şahmat
Bu gün, 15:42

Nərmin Abdinova Avropa U18 Çempionatında bütün oyunları qazanaraq tarixinə düşdü

Futbol
Bu gün, 15:30

Bellingem Real Madrid ilə müqaviləsini 2031-ci ilə qədər uzatdı

Cüdo
Bu gün, 15:12

Bakıda cüdoçular üçün təhlükəsiz idman seminarı keçirildi

Digər
Bu gün, 15:06

Azərbaycan “Mountain Sports Club” ilə Gürcüstan “Sakartvelo Orienteering” arasında əməkdaşlıq memorandumu imzalandı

Futbol
Bu gün, 15:01

Kəpəz və Gəncəbasar 1:1 hesablı yoxlama oyununda görüşdülər

Futbol
Bu gün, 15:00

Arif Əsədov: Qol Epizodlarından Yararlana Bilməmək Yaralı Yerimizdir

Basketbol
Bu gün, 14:56

ABŞ basketbolçusu Sumqayıtın şəhərinə öz doğma şəhərini xatırlayır

Futbol
Bu gün, 14:36

Ronaldusuz Portugal və Holandın təzyiqi altında: Millətlər Liqasında 8 əsas matç

Digər
Bu gün, 14:30

Almaniyanın 1990 Dünya Çempionu Prezident namizədinə çevrildi

Digər
Bu gün, 14:16

IIHF, CAS-ın Rusiyanın beynəlxalq hokkey turnirlərinə qayıtmasına verdiyi qərardan şikayət etdi

Digər
Bu gün, 13:57

Merab Dvalişvili Usman Nurməhəmmədovun azad buraxılmasını istədi

Digər
Bu gün, 13:37

Rahilə Hüseynzadə: Qızıl medal hədəfi ilə ağırlıqqaldırmada qarşılaşdığı dəstək çatışmazlığı

Futbol
Bu gün, 13:36

AFFA prezidenti Lixtenşteyn üzərində qələbə münasibətilə milli komandayı təbrik edib;

Futbol
Bu gün, 13:30

Portuqaliyalı futbolçulardan ən çox qazanən beş oyunçu

Futbol
Bu gün, 13:26

Roma azarkeşləri prezident Lotitonun rəhbərliyi ilə münaqişə səbəbindən ev oyunlarını boykot edir

Futbol
Bu gün, 13:00

Rikardo Fernandeş: Şamaxının performansı üçün daha artığı hədəflənir

Şahmat
Bu gün, 12:57

Baş məşqçi, Avropa çempionatındakı şahmatçıların çıxışını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:37

Mançester Yunayted Vinisius Juniorun transferini planlaşdırır

Futbol
Bu gün, 12:30

ESPN tərəfindən təyin edilən Dünyanın 10 ən yaxşı futbolçusu reytinqi açıqlanıb

Olimpiada
Bu gün, 12:17

Azərbaycanın yeniyetmələrin Yay Olimpiya Oyunlarında son 12 ildə ən yaxşı nəticə göstərildi

Oxşar xəbərlər