top
Fərid Qayıbov: Qələbələrimiz hələ qarşıdadır İdman.biz
21 may 2024, 14:16
- ↺ +

Fərid Qayıbov: "Qələbələrimiz hələ qarşıdadır"

Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Binə Atçılıq Mərkəzində baş tutub.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, vitse-prezident Bəhruz Nəbiyev, federasiya rəsmiləri və idman nümayəndələri iştirak ediblər.

Tədbirdə Elçin Quliyev qədim tariximizin təccəsümü olan və xalqımızın bəşəriyyətə bəxş etdiyi Qarabağ atlarından ibarət çövkən üzrə milli liqasının təsis edilməsi ilə bağlı danışıb: "12-ci əsrdə Azərbaycanın dahi şairi Nizami Gəncəvi "Xosrov və Şirin" poemasında da çövkən idman növünü təsvir edib. Bu idman növü müsair atüstü oyunların başlanğıcı hesab olunur. Cənab Prezident İlham Əliyevim xüsusi diqqət və qayğısı sayəsində çövkən idman növünün inkişafı və cins atlarımızın bütün dünyada tanıdılması əsas məqsədimizdir. Bu sahədə Azərbaycanın Atçılıq Federasiyası tərəfindən böyük işlər görülüb. Hər il bu idman növü üzrə "Prezident kuboku" yarışları keçirilir. Bu gün müxtəlif idman klublarını təmsil edən 10 komandanın iştirak etdiyi Peşəkar Çövkən Liqası mühim əhəmiyyət kəsb edir. Yarış iştirakçılarına yüksək qələbə əzmi, idman alicənablığı arzulayır və böyük iftixar əzmi ilə böyük Çövkən Liqasını açıq elan edirəm".

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov hər kəsi möhtəşəm atçılıq bayramı münasibəti ilə təbrik edib: "Ölkə başçımızın idmana və idmançılarımıza xüsusi diqqət və qayğısı var. İdmançılarımız bizi daim sevindirir. Bu idman qurğusuna müxtəlif yerli və beynəlxalq yarışları izləməyə toplaşırıq. Bu yaxınlarda Beynəlxalq Çövkən Federasiyası yaranıb. Mən atçılıq federasiyasına təşəkkür edirəm ki, bu qədər aktivdirlər. İnanıram ki, bizim qələbələrimiz hələ qarşıdadır".

Rəsmi çıxışlardan sonra Peşəkar Çövkən Liqasının paradı başlayıb.

Qeyd edək ki, 10 komandanın iştirakı ilə keçirilən Peşəkar Çövkən Liqası dekabrın 3-4 tarixlərində başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Dünən, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Dünən, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Dünən, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Dünən, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Futbol
Dünən, 21:06

Rakuv məşqçisi Mahir Emrəli müqayisə etdi: meydanı görmə bacarığı üstün

Futbol
Dünən, 20:51

Vüqar Nadirov: Milli futbolçuların çətinliyi nəzərə alaraq oyun asan keçməyəcək

Oxşar xəbərlər