top
Fərid Qayıbov: Gənclər Həftəsi, idman yarışları və beynəlxalq əməkdaşlıqlar haqqında Idman.biz
02 mart 2026, 11:35
- ↺ +

Fərid Qayıbov: "Gənclər Həftəsi", idman yarışları və beynəlxalq əməkdaşlıqlar haqqında

"Ölkə başçısının 1997-ci ildə imzaladığı Sərəncamla hər il 2 fevral Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Məhz həmin gün, düz 30 il bundan öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə gənclərin ilk forumu təşkil edilmişdi. Bu il isə biz artıq XI Forumu keçirdik və tədbirdə hər il olduğu kimi ölkə başçımızın xüsusi mükafatını gənclərimizə təqdim etdik, onlara ünvanladığı müraciətini oxuduq. "Gənclər həftəsi" çərçivəsində builki "Gənclər Paytaxtı"mız Goranboyda, eləcə də Xankəndi və Naxçıvan şəhərlərində "GəncFest" festivalları, müxtəlif forum və tədbirlər təşkil olundu. "Gənclər Paytaxtı"nın rəmzi açarını isə Sumqayıt şəhərindən təhvil alaraq Goranboya təqdim etdik. Gənclər Təşkilatları işçi qruplarının 2026-cı il üzrə ilk iclasını da "Gənclər Paytaxtı"nda keçirdik. Ümumiyyətlə, "Gənclər həftəsi" Bakıda və bölgələrdə müxtəlif forumlar, düşərgələr, intellektual yarışlar və digər tədbirlərlə zəngin oldu".

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov fevral ayını dəyərləndirərkən deyib.

O, sayca 54-cü "Nazirin Nöqteyi-Nəzəri"ndə Naxçıvana səfəri barədə də danışıb.

Səfər çərçivəsində vətəndaş qəbulu keçirdik, muxtar respublika gəncləri ilə "Gənclər və Davamlı İnkişaf Forumu"nda görüşdük. Forumda onları maraqlandıran məsələlərlə bağlı fikirlərini dinlədik, ixtisas və peşə seçimi, könüllülük fəaliyyəti və gənclərin müxtəlif layihələrdə iştirakı kimi mövzular ətrafında geniş fikir mübadiləsi apardıq. Həmçinin ölkə başçısının müvafiq Sərəncamına əsasən, əhalinin sağlam həyat tərzinin regionlarda təşviqi məqsədilə həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Babək, Culfa və Şahbuz şəhərlərində yaradılmış yeni idman meydançalarını istifadəyə verdik".

Nazir vurğulayıb ki, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində gənclərlə görüş keçirdib: "Universitetlərdə keçirdiyimiz ənənəvi görüşlərdə əsas məqsəd gəncləri dinləmək, onlarla müzakirələr aparmaq, gənclər siyasətinin istiqamətləri və dövlət proqramları barədə məlumat vermək, suallarını cavablandırmaqdır".

F.Qayıbov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belqrada rəsmi səfəri çərçivəsində Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi gənclər və idman sahələri üçün də əlamətdar idi: "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu"nu serbiyalı həmkarım Zoran Qayiç ilə mübadilə etdik".

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq çərçivəsində Fələstin dövlətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Əhməd Metani ilə də görüşü baş tutub: "Görüş zamanı Azərbaycanla Fələstin arasında gənclər və idman sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etdik.

Fevral ayı Azərbaycan Gimnastika Federasiyası üçün də mühüm hadisə ilə yadda qalıb. Federasiyanın 16-cı Ümumi Yığıncağında keçirilən səsvermə nəticəsində Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti seçilib. Mehriban xanımın rəhbərliyi və qayğısı sayəsində ölkəmizdə gimnastikanın dinamik inkişafı təmin edilib, gimnastlarımız beynəlxalq arenalarda tarixi uğurlara imza atırlar".

F.Qayıbov Bakıda artıq ənənəvi olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib: "İdmançılarımızı qazandıqları medallar münasibətilə təbrik edirəm. Azərbaycan Badminton Federasiyası da daimi olaraq ölkəmizdə badminton idman növünün populyarlaşması üçün müxtəlif yarışlar keçirir. Bu dəfə "Azerbaijan International 2026" beynəlxalq turniri uğurla baş tutdu. Həmçinin ay ərzində şahmat, basketbol, yunan-Roma və sərbəst güləş, eləcə də digər idman növləri üzrə keçirilən yarışlarda rəqabətin ildən-ilə artdığının şahidi olduq".

O, Avstriyanın "Complex Core" təşkilatının rəhbəri, Akademiyanın "Fizioterapiya" proqramının məsul şəxsi Roman Yahodanın "Təməldən təfərrüata" kitabının təqdimat mərasimi barədə fikirlərini bildirib: "İdmanın inkişafı üçün vacib olan amillərdən biri də şübhəsiz ki, idmanda reabilitasiyanın uğurlu aparılmasıdır. Bu baxımdan Azərbaycan İdman Akademiyasının nəşrə hazırladığı kitabın faydalı olacağına inanıram.

Son illər ölkəmizi layiqincə təmsil edən "Qarabağ" futbol komandası UEFA Çempionlar Liqasında bu mövsüm üçün iştirakını başa vurdu. Bir çox adlı-sanlı və çox büdcəli klubları geridə qoyaraq qitənin 24 ən güclü klubu arasına yüksəlmək komandamızda düzgün qurulmuş strategiyanın bəhrəsidir. İl ərzində futbol azarkeşlərinə, xalqımıza yaşatdığı qələbə sevincinə görə komandaya təşəkkür edirəm.

Qarşıda bizi təbiətin oyandığı bahar nəfəsli mart ayı gözləyir. İnanıram ki, bu oyanış gənclərimiz üçün yeni enerji mənbəyi olacaq, yeni fəsilə "İdman həftəsi" ilə başlayan idmançılarımız isə növbəti qələbələri ilə hər birimizi sevindirəcəklər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Bu gün, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Bu gün, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Bu gün, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Bu gün, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Oxşar xəbərlər