İspaniyanın “Barselona” klubunun forvardı Qabriel Xesus yaxın zamanda Almaniya təmsilçisi “Bavariya”ya keçəcək.
Sportify.az “Bild”ə istinadən xəbər verir ki, hücumçunun Münhen klubuna keçidi üçün “Bavariya” rəhbərliyi "Barselona" ilə danışığa başlayıb.
Futbolçu bu keçidə müsbət yanaşır. Xesusun "Barselona" ilə anlaşmasının müddəti 2029-cu il iyunun 30-da başa çatır.