İngiltərə millisinin keçmiş futbolçusu Rahim Sterlinq təhlükəli şəkildə avtomobil idarə etdiyi üçün 12 ay müddətində şərti azadlıqdan məhrum edilib.
"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, müvafiq qərar bu gün Beyzinqstok Magistratura Məhkəməsində qəbul olunub.
31 yaşlı futbolçuya 18 ay sınaq müddəti təyin edilib. O, həmçinin 100 saat ictimai işlər görməli olacaq. Sterlinqə iki il müddətinə avtomobil idarə etmək qadağan olunub.
Qeyd edək ki, futbolçu kiçik yol-nəqliyyat hadisəsinə cəlb olunmuşdur. O, sentyabr ayında təhlükəli şəkildə avtomobil idarə edib və analiz üçün nümunə verməkdən imtina edib.
Hazırda klubsuz olan Sterlinq son olaraq Niderlandın "Feyenoord" kollektivində çıxış edib. O, karyerası ərzində İngiltərənin "Liverpool", "Manchester City", "Chelsea" və "Arsenal" komandalarının formasını geyinib.
İngiltərə millisinin heyətində 82 oyun keçirən futbolçu 20 qola imza atıb.