top
Rüştü Reçber Sabaha Barselona qarşısında müdafiə məsələsində tövsiyələr verib Idman.biz
Bu gün, 17:44
- ↺ +

Rüştü Reçber "Sabah"a "Barselona" qarşısında müdafiə məsələsində tövsiyələr verib

"Böyük komandalarla eyni arenada mübarizə aparmaq Azərbaycan futbolunun inkişafına töhfə verir. Belə qarşılaşmalarda müsbət və mənfi məqamlar düzgün təhlil olunmalı, əldə edilən təcrübə növbəti oyunlarda nəzərə alınmalıdır".

Bu sözləri Türkiyə millisinin və "Barselona"nın keçmiş qapıçısı Rüştü Reçber Çempionlar Liqasının beşinci turunda bu gün Bakıda "Sabah"la Kataloniya klubu arasında keçiriləcək oyunla bağlı danışarkən deyib.

Veteran qolkiper bildirib ki, bu cür rəqiblərlə qarşılaşmaq həm klubun nüfuzu, həm də futbolçuların öz səviyyələrini qiymətləndirməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Belə böyük komandalarla oynamaq klub üçün böyük prestijdir. Eyni zamanda, futbolçuların öz səviyyələrini görməsi və inkişaf etməsi baxımından mühüm meyardır. Nəticə etibarilə, bu, böyük təcrübədir. Əsas qazanc isə belə oyunlarda yaxşı və zəif tərəfləri təhlil edərək onları gələcək qarşılaşmalarda yol xəritəsi kimi istifadə etməkdir. Hər bir futbolçu karyerası ərzində böyük oyunlarda iştirak edir. Lakin böyük klublara qarşı keçirilən matçlar onlara daha çox şey öyrədir", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Rüştü Reçber "Barselona" ilə qarşılaşmada "Sabah"ın şanslarını da dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan təmsilçisi rəqibin sürətli oyununa qarşı düzgün müdafiə olunmalı və matç ərzində mübarizə əzmini itirməməlidir:

"Əlbəttə, baş məşqçi bu oyunla bağlı təhlillər aparıb, hazırlıq işləri görüb. Ancaq hamımız bilirik ki, "Barselona" dar sahələrdə də oynamağı bacaran, meydanın hər hissəsində keyfiyyətli futbolçulara malik komandadır.

"Sabah" topu itirdiyi zonalarda boşluqları bağlayaraq müdafiə oluna və "Barselona"nın sürətli oyununa çevik şəkildə cavab verə bilsə, rəqibi müəyyən qədər zərərsizləşdirə bilər. Söhbət fərdi keyfiyyətləri və böyük istedadı olan ulduz futbolçulara malik "Barselona"dan gedir. Belə komandalarla mübarizə aparmaq asan deyil. Lakin ilk növbədə, matç ərzində rəqibə qarşı müqavimət göstərə biləcəyinizi nümayiş etdirməlisiniz. Heç vaxt oyundan qopmamaq da çox vacibdir.

Təbii ki, belə rəqiblərlə oyunlarda qol buraxmaq ehtimalı həmişə var. Əsas məsələ qol buraxdıqdan sonra mübarizə əzmini itirməməkdir. "Sabah" bunu bacararsa, qarşılaşmadan istədiyi nəticəni əldə etmək şansı yüksək olacaq".

Rüştü Reçber "Barselona" ilə yanaşı, Türkiyədə "Fənərbağça" və "Beşiktaş"ın da formasını geyinib. O, Türkiyə millisinin heyətində 2002-ci il dünya çempionatında, 2003-cü il Konfederasiyalar Kubokunda və 2008-ci il Avropa çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Xatırladaq ki, "Sabah" ilk turda səfərdə İngiltərənin "Mançester Yunayted" komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın "Borussiya" (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin "Vikinq" klubuna 1:4 hesabı ilə yenilib.

Turnir cədvəlində "Barselona" səkkizinci, "Sabah" isə 30-cu pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:40

FK 'Şimal' iki mövsümdə Region Liqasından I Liqaya yüksələrək yerli futbolçular üçün inkişaf platformasına çevrildi

Qarabağ FK
Bu gün, 17:36

AFFA İntizam Komitəsi 7 komanda üçün texniki məğlubiyyət qərarı verdi

Futbol
Bu gün, 17:20

Dambrauskas: “Yamalı üçün üzüldüm”

Futbol
Bu gün, 17:19

Şamaxı "Sabah" – "Barselona" matçı öncəsi ispan jurnalistlərinin gözləntiləri

Digər
Bu gün, 17:05

Bakı 2026 "Dünyanın İdman Paytaxtı" münasibətilə məktəblilər arasında velosiped birinciliyi keçirilib - FOTO

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Futbol
Bu gün, 16:40

Luis Enrike PSJ ilə 14 il sonra UEFA Çempionlar Liqasında "Roma"ya qarşı üz-üzə gələcək

Futbol
Bu gün, 16:30

Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 aylıq şərti həbs cəzasına məhkum olundu

Voleybol
Bu gün, 16:30

AVF rəsmisi qadınlar arasında CEV Çempionlar Liqasının matçında supervayzer təyin edilib

Futbol
Bu gün, 16:21

„Barselona“ və „Real“ arasında barışıq müqaviləsi imzalanmayıb

Futbol
Bu gün, 16:20

Fransalı müdafiəçi Jül Kunde Bakıda baş məşqçini qəzəbləndirdi

Futbol
Bu gün, 16:20

Juventus üçün 3 yeni hücumçu namizədi

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Oxşar xəbərlər