top
Jistau eyni gündə Çempionlar Liqasında Sabaha qarşı da meydana çıxa bilər Idman.biz
Bu gün, 18:17
- ↺ +

Jistau eyni gündə Çempionlar Liqasında "Sabah"a qarşı da meydana çıxa bilər

İspaniyanın "Barselona" futbol klubunun gənc hücumçusu Oskar Jistaunun karyerasında Bakı səfəri dönüş nöqtəsi sayılır.

İdman.Biz xəbər verir ki, bu gün UEFA Gənclər Liqasında "Sabah"ın qapısına iki qol vuran futbolçu əsas komandanın Çempionlar Liqasında Azərbaycan təmsilçisi ilə qarşılaşmasında da meydana çıxa bilər.

Kataloniya klubunun akademiyasının ən perspektivli mərkəz hücumçularından hesab olunan Jistau son üç ildə zədələr səbəbindən gözlənilən inkişafı göstərə bilməyib. Budun arxa əzələlərində yaranan problemlər futbolçunun müntəzəm çıxış etməsinə mane olub və özünəinamının azalmasına gətirib çıxarıb.

Gənc hücumçu hər iki ayağı ilə oynamaq, yüksək pressinq tətbiq etmək, hava mübarizələrində üstünlük qazanmaq və dar məkanlarda hərəkət etmək bacarığı ilə seçilir. "CronicaGlobal" onun həmçinin cinahlara çəkilərək komanda yoldaşları ilə effektiv əlaqə qurmağı bacardığını yazır.

Jistau cari mövsümdə "Barselona"nın əvəzedici komandasının heyətində beş qarşılaşmada iştirak etsə də, heç birində start heyətində meydana çıxmayıb və qol vurmayıb.

"Sport" nəşri qeyd edir ki, "Sabah"ın gənclər komandasında dubl etməsi və Hans-Diter Flikin onu əsas komandaya çağırması gənc futbolçuya psixoloji baxımdan müsbət təsir göstərə bilər.

Jistaunu yaxından tanıyanlar hesab edirlər ki, Çempionlar Liqası matçının atmosferini əsas komandanın üzvü kimi yaşamaq onun əvvəlki formasına qayıtmasına təkan verə bilər.

Kataloniya klubunun akademiyasında müxtəlif mövqelər üzrə istedadlı futbolçular yetişsə də, yüksək səviyyəli mərkəz hücumçularının azlığı uzun illərdir müzakirə olunur. Jistau bu tendensiyanı dəyişmək niyyətindədir.

Qeyd edək ki, "Barselona"nın "Sabah"la Çempionlar Liqası qarşılaşması üçün bir gün əvvəl açıqladığı 22 nəfərlik heyətdə Oskar Jistaunun adı yer almayıb. Lakin bu, gənc hücumçunun Azərbaycan təmsilçisinə qarşı meydana çıxmasına mane olmur. Klubun əvvəlcədən ictimaiyyətə açıqladığı heyət UEFA-ya təqdim olunan yekun oyun protokolu hesab edilmir.

UEFA-nın 2026/2027 mövsümü üçün Çempionlar Liqası reqlamentinin 55-ci maddəsinə əsasən, klublar 23 futbolçudan ibarət yekun oyun protokolunu qarşılaşmanın başlamasına ən azı 75 dəqiqə qalmış təqdim etməlidirlər. Reqlamentin 31-ci maddəsinə uyğun olaraq, UEFA-nın A və ya B siyahısında qeydiyyatdan keçən Jistau başqa futbolçu heyətdən çıxarılmadan 23-cü oyunçu kimi protokola daxil edilə bilər.

Bundan başqa, UEFA-nın Gənclər Liqası reqlamentində futbolçunun eyni gündə həm bu turnirdə, həm də Çempionlar Liqasında meydana çıxmasına ayrıca qadağa nəzərdə tutulmur. Reqlamentin 28.07-ci bəndinə əsasən, futbolçu mövsüm ərzində Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasının liqa mərhələsindən etibarən ümumilikdə üç və daha çox qarşılaşmada meydana çıxarsa, Gənclər Liqasında iştirak hüququnu itirir.

Beləliklə, UEFA-nın qeydiyyat tələbləri ödənildiyi təqdirdə günorta saatlarında "Sabah"ın gənclərdən ibarət komandasının qapısına iki qol vuran Jistau axşam Azərbaycan təmsilçisinin əsas komandasına qarşı da meydana çıxa və "Barselona"nın əsas heyətində rəsmi debütünü Bakıda gerçəkləşdirə bilər.

Əlavə edək ki, bu kimi fakt ilk dəfə deyil. 27 noyabr 2019-cu ildə Fransanın "Lion" futbol klubunun hücumçusu Amin Quiri eyni gündə iki avrokubok qarşılaşmasında iştirak edib. Həm UEFA Gənclər Liqasında "Zenit"ə qarşı 45 dəqiqə, həm də UEFA Çempionlar Liqasında "Zenit"ə qarşı yeddi dəqiqə meydanda olub.

Həmin vaxt UEFA da bunun qaydalara zidd olmadığını təsdiqləyib. Bununla belə, fiziki və psixoloji yüklənmə səbəbindən futbolçuların eyni gündə iki qarşılaşmada iştirak etməsi tövsiyə olunmur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:26

Azərbaycanda idman yarışlarında hakim və xarici idmançı xərcləri yeni normalara uyğunlaşdırıldı

Futbol
Bu gün, 18:20

"Barselona" Dortmundun 17 yaşlı yarımmüdafiəçisi Matis Albert ilə maraqlanır

Futbol
Bu gün, 18:15

Qabriel Xesusun "Bavariya"ya transferi üçün danışıqlar başlayıb

Futbol
Bu gün, 18:09

Kivu: "İnter" Çempionlar Liqasında 90 dəqiqə ərzində daha sabit oynamalıdır"

Digər
Bu gün, 18:02

Baş nazir idman tədbirlərində hakimlərin xidmət haqqı normaları haqqında qərar imzalayıb

Futbol
Bu gün, 18:00

"Neftçi"nin gənclər komandaları üçün oyun qaydaları və açıqlıq üzrə seminar keçirilib

Voleybol
Bu gün, 17:56

Çempionlar Liyasında 'Skandicçi' - 'Turan' qarşılaşması öncəsi məşqçi Qasparinin Azərbaycan klubları ilə keçmiş görüşləri xatırlanıb

Futbol
Bu gün, 17:52

Elçin Məsiyev U-17 Dünya Çempionatı üçün baş hakimi təyin edildi

Cüdo
Bu gün, 17:50

Samuxda ilk cüdo zalı istifadəyə verilib – FOTO

Futbol
Bu gün, 17:44

Rüştü Reçber "Sabah"a "Barselona" qarşısında müdafiə məsələsində tövsiyələr verib

Futbol
Bu gün, 17:40

FK 'Şimal' iki mövsümdə Region Liqasından I Liqaya yüksələrək yerli futbolçular üçün inkişaf platformasına çevrildi

Qarabağ FK
Bu gün, 17:36

AFFA İntizam Komitəsi 7 komanda üçün texniki məğlubiyyət qərarı verdi

Futbol
Bu gün, 17:35

CAF 2026-cı ilin ən yaxşı oyunçusu adına son beşi namizədi açıqladı

Futbol
Bu gün, 17:28

AFFA "Zəfər" komandasını U-14 Liqasında kənarlaşdırdı

Futbol
Bu gün, 17:20

Dambrauskas: “Yamalı üçün üzüldüm”

Futbol
Bu gün, 17:19

Şamaxı "Sabah" – "Barselona" matçı öncəsi ispan jurnalistlərinin gözləntiləri

Futbol
Bu gün, 17:12

Rahim Sterlinq 12 ay şərti azadlıqdan məhrum edildi

Digər
Bu gün, 17:05

Bakı 2026 "Dünyanın İdman Paytaxtı" münasibətilə məktəblilər arasında velosiped birinciliyi keçirilib - FOTO

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Futbol
Bu gün, 16:40

Luis Enrike PSJ ilə 14 il sonra UEFA Çempionlar Liqasında "Roma"ya qarşı üz-üzə gələcək

Oxşar xəbərlər