top
Fərid Qayıbov Daşkənddə Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin iclasında iştirak edib Idman.biz
18 oktyabr 2025, 21:30
- ↺ +

Fərid Qayıbov Daşkənddə Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin iclasında iştirak edib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin 9-cu iclası keçirilib.

İdman.Biz bildirir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən nazir Fərid Qayıbov ötən il ərzində Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclərlə iş və idman sahəsində həyata keçirilən əməkdaşlıq barədə ətraflı məlumat verib. Fərid Qayıbov Azərbaycan tərəfindən həyata keçirilmiş mühüm təşəbbüsləri – gənclərin iqlim fəaliyyətinə, idman diplomatiyasına və idman könüllülüyü hərəkatının inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.

Tədbir zamanı iştirakçılar TDT çərçivəsində gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib və ortaq layihələrin həyata keçirilməsi üçün yeni təşəbbüsləri dəstəkləyiblər.

Qeyd edək ki, əməkdaşlığın daha səmərəli təşkili məqsədilə TDT gənclər və idman nazirlərinin 9-cu iclasına hazırlıq üçün ekspertlər iclası da keçirilib. İclasda ölkəmizi Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova təmsil ediblər.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 19:51

Azərbaycan millisinin üç boksçusu U-15 Avropa çempionatının finalına yüksəldi

Qarabağ FK
Bu gün, 19:37

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”

Digər
Bu gün, 19:35

"Neftçi" "Turan Tovuz"la oyunun hazırlığını başa vurdu

Digər
Bu gün, 19:30

FIFA açıqladı: Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayrılması təsdiqlənib

Digər
Bu gün, 19:28

Derbi öncəsi “Qalatasaray”da narahatlıq

Futbol
Bu gün, 19:20

Qadınlar klubları Dünya Çempionatı 2028-ci ildə ABŞ‑da keçiriləcək

Digər
Bu gün, 19:13

“Kür” komandası Azərbaycanda yeganə həndbol komandasıdır, deyə Mirzəyev bildirib

Futbol
Bu gün, 18:59

Puxaç: “Yamala meydanda rahatlıq verməyəcəyəm”

Digər
Bu gün, 18:45

“Mançester Yunayted” rəhbərliyi Karriki deyil, futbolçuları günahlandırır

Digər
Bu gün, 18:37

Yuri Maksimov: “Hər oyunda özümüz öz qapımıza qol gətiririk”

Digər
Bu gün, 18:29

“Beşiktaş”da ciddi itki

Digər
Bu gün, 18:25

“Napoli” - “Roma”: A Seriyasının səkkizinci turunda Alleqri üçün imtahan - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:17

Yeton Bekiri: Qısa müddətdə stabil komanda yaratmaq çətindir

Güləş
Bu gün, 18:13

Azərbaycan yığması Astanada Güləş üzrə Dünya Çempionatına çıxışa hazırlanır: Əsas iddiaçılar və medal ümidləri

Qarabağ FK
Bu gün, 18:10

“Qarabağ” və “Kəpəz”in əvəzedicilərinin məğlubiyyəti

Qarabağ FK
Bu gün, 17:58

Samir Əliyev: Çempionluqda artıq Neftçi də qoşuldu, üç komanda mübarizə aparır

Digər
Bu gün, 17:47

Kovaç yenidən Bakını xatırladı: “Borussiya” rekord 11 min kilometr yol qət edib”

Digər
Bu gün, 17:35

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib

Digər
Bu gün, 17:31

Asiya Kuboku təhlükədə: Yaponiya Səudiyyə Ərəbistanına qarşı çıxdı

Digər
Bu gün, 17:28

Fransadakı etiraz aksiyaları üzrən PSJ-nin oyununun vaxtı dəyişdirildi

Digər
Bu gün, 17:27

Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb

Digər
Bu gün, 17:23

ABŞ nəşri azərbaycanlı gimnastı fərqləndirdi: Simonova DÇ-nin finalına yüksəlmək üçün 0,133 xal çatmadı

Digər
Bu gün, 17:20

PSJ Xviça Kvaratsxeliyanı əvəz edə biləcək futbolçu axtarışına çıxıb

Digər
Bu gün, 17:16

“Bavariya” Harri Keynin “Qızıl top”u qazanması üçün Asiyaya ümid edir

Oxşar xəbərlər