top
Eriksen və komandası - TƏQDİMAT İdman.biz
21 may 2024, 14:37
- ↺ +

Eriksen və komandası - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 24 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə C qrupunun komandalarını nəzərdən keçiririk. İngiltərə millisinin favorit olduğu qrupdan çıxmağa Danimarka da iddialıdır.

Almaniyaya çətin yol
Danimarka millisi seçmə mərhələnin qalibi kimi AVRO-2024-ə yüksəlib. Buna baxmayaraq, Kasper Yulmannın yetirmələrinin Almaniyaya yolu heç də asan olmayıb. Sloveniya, Finlandiya və Qazaxıstanla gərgin mübarizə aparan "qırmızı-ağlar" yalnız son tur öncəsi final mərhələsinə vəsiqəni təmin edib. Bundan sonra autsayderlərdən biri Şimali İrlandiyaya məğlubiyyət də heç nəyi dəyişməyib. San-Marino və Finlandiyaya xal verməyən Danimarka evdəki bütün matçlarda qalib gəlib. Qazaxıstanda məğlubiyyəti, Sloveniyada bərabərlik "Dinamit"in Almaniya yoluna əngəl ola bilməyib. Sloveniya ilə eyni xal toplayan danimarkalılar 1-ci yerlə AVRO-2024-ə yüksəlib. Maraqlıdır ki, püşk bu iki komandanı final mərhələsində də eyni qrupa salıb.

Çimərlikdən çempionluğa gedən yığma
Dünya çempionatlarında 1986-cı ildə debüt edən Danimarka qitə səhnəsində daha uğurlu olub. Uzaq 1964-cü ildə 4-cü yerin sahibi olan şimallılar 20 il sonra bürünc mükafat qazanmağı bacarıblar. İndiyədək 9 dəfə final mərhələsində oynayan yığmanın ən böyük uğuru 1992-ci ilə təsadüf edib. Yuqoslaviya yarışa son anda buraxılmadığı üçün onları əvəzləməli olan Danimarkanın futbolçuları yay məzuniyyətindən, çimərliklərdən yığılaraq yollandığı İsveçdə Avropa çempionu tituluna sahib çıxıb. Danimarka üç il əvvəlki AVRO-2020-də də yarımfinalçı kimi 3-cü yerin sahibi olub. Son turnir hələ ilk matç zamanı Kristian Eriksenin ürəyinin dayanması və yenidən həyata qaytarılması ilə yadda qalıb. Yarımmüdafiəçi təkcə həyata deyil, futbola da qayıtmağa güc tapıb. Kristian yenə də yığmasının aparıcı oyunçularından biridir.

Danimarka millisinin qrupdakı oyunları:
16 iyun. Sloveniya - Danimarka
20 iyun. Danimarka – İngiltərə
25 iyun. Danimarka - Serbiya

Qeyd edək ki, C qrupunun görüşləri 5 fərqli şəhərdə - Münhen, Köln, Frankfurt, Helzenkirhen və Ştutqartda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Dünən, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Dünən, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Dünən, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Dünən, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Futbol
Dünən, 21:06

Rakuv məşqçisi Mahir Emrəli müqayisə etdi: meydanı görmə bacarığı üstün

Futbol
Dünən, 20:51

Vüqar Nadirov: Milli futbolçuların çətinliyi nəzərə alaraq oyun asan keçməyəcək

Oxşar xəbərlər