top
Eduard Məmmədov: Bəhram Rəcəbzadənin “Glory 99” yarışında zəfər çalması Azərbaycan idmanı üçün bir müvəffəqiyyətdir Report.az
07 aprel 2025, 13:14
- ↺ +

Eduard Məmmədov: "Bəhram Rəcəbzadənin “Glory 99” yarışında zəfər çalması Azərbaycan idmanı üçün bir müvəffəqiyyətdir"

Bəhram Rəcəbzadənin "Glory 99" turnirində qələbə qazanması Azərbaycan idmanının uğurudur.

Bunu "Report"a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Eduard Məmmədov deyib.

AKF rəsmisi kikboksçu Bəhram Rəcəbzadənin Niderlandın Rotterdam şəhərində keçirilmiş döyüşdə yerli idmançı Brayan Douesi məğlub etməsi ilə bağlı fikirlərini bölüşüb:

"O, təcrübəli və peşəkar idmançıdır. Həm həvəskar, həm də peşakar kikboksinqdə nailiyyətlər əldə edib. Hazırda reytinqdə ön pillələrdə qərarlaşıb. Bütün görüşlərdə çox yaxşı çıxış edir. Qarşılaşmalarının əksəriyyətində vaxtından əvvəl qələbə qazanır. Sonuncu döyüşə gəlincə, Niderland təmsilçisinə heç bir şans vermədi. Birinci raundda vaxtından əvvəl qələbə qazandı. Biz ona güvənirdik. Azərbaycan Kikboksinq Federasiyası kəmərin ölkəmizə gələcəyinə də inanır".

Bəhram Rəcəbzadə Bəhram Rəcəbzadə

Eduard Məmmədov Bəhram Rəcəbzadənin məşqlərə ciddi yanaşdığını söyləyib:

"Dayanmır, daim öz üzərində işləyir. Döyüşdən-döyüşə artırır. "Glory"də qalib olan kimi bayrağımızı nümayiş etdirir. Biz onunla fəxr edirik. Qarşıdakı yarışlarında uğurlar arzulayırıq. O, gün gələcək "Glory"nin kəmərini Azərbaycana gətirəcək".

Vitse-prezident Azərbaycan təmsilçisinin "Glory 100" turnirindəki ilk rəqibi, albaniyalı Asdren Qasinin də güclü olduğunu sözlərinə əlavə edib:

"Bəhramın bu günə qədər zəif rəqibi olmayıb. "Glory"də peşəkarlar çıxış edəcəklər. İnanıram ki, hər bir rəqibə gücünü göstərəcək".

Qeyd edək ki, Bəhram Rəcəbzadə iyunun 13-14-də "Glory 100" turnirində mübarizə aparacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Oxşar xəbərlər