top
“Ədalətli Oyun” fotomüsabiqəsinə start verilib İdman.biz
08 iyul 2024, 14:10
- ↺ +

“Ədalətli Oyun” fotomüsabiqəsinə start verilib

Türkiyə Milli Olimpiya Komitəsinin (TOK) təşkil etdiyi III Dünya "Ədalətli Oyun" fotomüsabiqəsinə start verir.

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasından İdman.bizə verilən xəbərə görə, "Ədalətli Oyun" mövzusunda müsabiqə üçün şəkillər 2024-cü il dekabrın 31-dək qəbul ediləcək.

Müsabiqədə iştirak edəcək həvəskar və peşəkar fotoqraflar "Ədalətli oyun" mövzusunda fotolarını göndərməlidir. Əvvəllər nəşr olunan və ya nümayiş etdirilən fotoşəkillər müsabiqəyə buraxılmayacaq. Təqdim olunan fotolar iştirakçının özünə aid olmalıdır. Tamamilə və ya qismən digər mənbələrdən olan şəkillərin istifadəsi zamanı müəllif hüquqlarının pozulması halları ilə əlaqədar hüquqi məsələlər üzrə məsuliyyəti iştirakçı daşıyacaq.

Şəkil müsabiqəyə təqdim edilərkən iştirakçının və ya təmsil etdiyi qurum barədə məlumat (ad soyad, telefon və e-mail) da yer almalıdır. Qaliblər 2025-ci il fevralın 16-da Türkiyə Olimpiya Komitəsinin rəsmi saytı vasitəsilə (www.olimpiyat.org) elan olunacaq.

Qaliblər (ilk 5 yer) "Ədalətli oyunlar" lövhəsi, iştirak sertifikatı və pul mükafatı ilə təltif ediləcəklər. 1-ci yer 3000, 2-ci yer 1500, 3-cü yer 1000, 4-cü və 5-ci yerlərin hərəsi 300 ABŞ dolları alacaq.

İlk 5 yerin şəkilləri ilə yanaşı, münsiflər heyətinin seçdiyi daha 30 şəkil TOK III Dünya "Ədalətli oyunlar" foto müsabiqəsinin albomunda dərc olunacaq.

Qeyd edək ki, fotolar dekabrın 31-dək müsabiqə katibliyinin e-mail ünvanına ([email protected]) təqdim edilməlidir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:00

"Qarabağ"ın zədəlilərindən Bəhlul Mustafazadə qayıtdı, Elvin Cəfərquliyev isə "Kəpəz"ə qarşı oyun iştiraka bilməyəcək

Futbol
Bu gün, 16:55

Aden Makkarti: Atasının kölgəsində qalmaqla motivasiya tapır

Futbol
Bu gün, 16:41

Kristal Palas baş məşqçisini istifa etdirdi

Futbol
Bu gün, 16:32

Materatsi, Xesus de Miquelin ölümündən sonra Zidanla yaşadığı hadisəni xatırladı

Güləş
Bu gün, 16:24

Kanada 2027 Dünya Hokkey Çempionatında Rusiya Komandasını Qəbul Etməyəcək

Futbol
Bu gün, 16:20

Kriştiano Ronaldo vəfat edən futbolçunun ailəsinə maddi yardım göstərdi

Futbol
Bu gün, 16:18

AFFA aşağı yaş qruplarında dörd komanda üçün texniki məğlubiyyətlər tətbiq etdi

Futbol
Bu gün, 16:03

Göyçayın Çərəkə komandası AFFA U-11 liqasından kənarlaşdırıldı

Futbol
Bu gün, 16:00

Premyer Liqanın 11 turuna görə qapıçıların qurtarış reytinqləri bəlli olub: Fernandes birinci, Santos ikinci, Balayev üçüncü

Futbol
Bu gün, 15:45

Violetta Qəhrəmanzadə Rusiya Qadınlar Gənclər Liqasında tarixi ipək qol vurdular: 33 ildən sonra Andrey Tixonovun səkkiz qolluq rekordunu bir oyuna sığdırdı

Futbol
Bu gün, 15:40

Portuqaliya millisindən ayrıldığım üçün hələ də peşmanam

Digər
Bu gün, 15:38

Baku'da 2027 SportAccord Konvensiyası: 1700-dən çox nümayəndə bir araya gələcək

Futbol
Bu gün, 15:20

Beşiktaş PAOK-un kapitanı Andriya Jivkoviçi transfer etmək niyyətindədir

Futbol
Bu gün, 15:08

İnfantino: “Bakı U-15 Dünya Kubokunda gələcəyin futbol ulduzlarını gördüm”

Futbol
Bu gün, 15:00

Karlos Espi: Real Madrid-dən zəng gələndə "xeyr" demək imkanı yox idi

Voleybol
Bu gün, 14:53

Qadın Voleybolu: AZERRAIL vs Milli Aviasiya Akademiyası bu gün keçiriləcək

Futbol
Bu gün, 14:40

Zidan: Gələcəkdə “Yuventus”u çalışdırmaq istəyirəm

Futbol
Bu gün, 14:34

Millətlər Liqası: İtaliya - Fransa qarşılaşması, Keynin rekordu və C Liqasında yüksəlmə yarışları

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Oxşar xəbərlər