"Qarabağ"ın futbolçuları Bəhlul Mustafazadə və Elvin Cəfərquliyevin son durumu bəlli olub. Bu barədə Sport24.az-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bəhlul Mustafazadənin vəziyyəti yaxşıdır. Müdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb. Onun Misli Premyer Liqasının 11-ci turunda "Kəpəz"lə keçiriləcək qarşılaşma üçün iştirak ərizəsinə daxil edilməsi gözlənilir.
Elvin Cəfərquliyev isə həkim nəzarəti altında fərdi məşqlərini davam etdirir. Bu səbəbdən millimizin üzvü "Kəpəz"lə görüşdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" matçı noyabrın 22-si saat 17:00-da Gəncə şəhər stadionunda keçiriləcək.