top
Aden Makkarti: Atasının kölgəsində qalmaqla motivasiya tapır Idman.biz
Bu gün, 16:55
- ↺ +

Aden Makkarti: Atasının kölgəsində qalmaqla motivasiya tapır

Aden Makkarti Cənubi Afrikanın "Kayzer Çifs" komandasında çıxış etdiyi dövrdə tanınmış futbolçunun oğlu olmasının yaratdığı təzyiqlərdən və özünü sübut etmək istəyindən söz açıb.

"Sabah" futbol komandasının müdafiəçisi Aden Makkarti Cənubi Afrikada çıxış etdiyi dövrdə atası Fabian Makkarti ilə müqayisə olunmasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 22 yaşlı futbolçu "Soccer Laduma" nəşrinə açıqlamasında atasının məşhur futbolçu olmasının ona əlavə məsuliyyət yaratdığını, lakin bu vəziyyəti motivasiyaya çevirdiyini deyib.

"Bunu təzyiq adlandırmazdım. Kənardan həmişə müxtəlif fikirlər səslənir, müqayisələr aparılır. Hələ ehtiyat komandada çıxış etdiyim vaxtdan mənə belə suallar verirlər. Mən isə bütün bunları motivasiyaya çevirirəm. Atamın etdiklərini təkrarlamaq, hətta ondan daha yaxşı olmaq və daha yüksək səviyyəyə çatmaq istəyirəm", - deyə Makkarti bildirib.

Gənc müdafiəçinin atası Fabian Makkarti Cənubi Afrika futbolunun tanınmış simalarındandır. O, 2002-2008-ci illərdə "Kayzer Çifs"də çıxış edib və komandanın heyətində 152 oyun keçirib.

Aden də məhz bu klubun akademiyasında yetişib. O, 2025-ci ilin mayında əsas komandada debüt edərək klub tarixində ata və oğul olaraq eyni komandanın formasını geyinən beşinci ailənin nümayəndəsi olub.

Makkarti 2026-cı ilin yanvarında "Qolden Arrouz"la çempionat oyununda yeganə qolu vuraraq komandasına 1:0 hesablı qələbə qazandırıb.

Maraqlıdır ki, atası Fabian da 2005-ci ildə məhz həmin rəqibin qapısına yol tapıb. Onlar Cənubi Afrika Premyer Liqası tarixində "Kayzer Çifs"in heyətində eyni komandaya qol vuran ilk ata-oğul cütlüyü olublar.

2026-cı ilin yayında "Sabah"a transfer olunan müdafiəçi bununla karyerasında yeni mərhələyə başlayıb. Atası Fabian Makkarti də oğlunun Azərbaycana keçidini müsbət qiymətləndirərək onun özünü daha yüksək səviyyədə sübut etməyə hazır olduğunu bildirib.

Bir müddət öncə Fabian Makkarti müsahibəsində övladları futbolla məşğul olan valideynlərə müraciət edərək, uşağı oynamadığı üçün bir komandadan çıxarıb, məşqçi ilə dostluq münasibətləri olduğuna görə başqa komandaya aparmalarını tənqid etmişdi.

Qeyd edək ki, Aden Makkarti "Kayzer Çifs"in əsas komandasında son mövsümündə bütün turnirlərdə 31 oyunda iştirak edib və iki qol vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:00

"Qarabağ"ın zədəlilərindən Bəhlul Mustafazadə qayıtdı, Elvin Cəfərquliyev isə "Kəpəz"ə qarşı oyun iştiraka bilməyəcək

Futbol
Bu gün, 16:41

Kristal Palas baş məşqçisini istifa etdirdi

Futbol
Bu gün, 16:32

Materatsi, Xesus de Miquelin ölümündən sonra Zidanla yaşadığı hadisəni xatırladı

Güləş
Bu gün, 16:24

Kanada 2027 Dünya Hokkey Çempionatında Rusiya Komandasını Qəbul Etməyəcək

Futbol
Bu gün, 16:20

Kriştiano Ronaldo vəfat edən futbolçunun ailəsinə maddi yardım göstərdi

Futbol
Bu gün, 16:18

AFFA aşağı yaş qruplarında dörd komanda üçün texniki məğlubiyyətlər tətbiq etdi

Futbol
Bu gün, 16:03

Göyçayın Çərəkə komandası AFFA U-11 liqasından kənarlaşdırıldı

Futbol
Bu gün, 16:00

Premyer Liqanın 11 turuna görə qapıçıların qurtarış reytinqləri bəlli olub: Fernandes birinci, Santos ikinci, Balayev üçüncü

Futbol
Bu gün, 15:45

Violetta Qəhrəmanzadə Rusiya Qadınlar Gənclər Liqasında tarixi ipək qol vurdular: 33 ildən sonra Andrey Tixonovun səkkiz qolluq rekordunu bir oyuna sığdırdı

Futbol
Bu gün, 15:40

Portuqaliya millisindən ayrıldığım üçün hələ də peşmanam

Digər
Bu gün, 15:38

Baku'da 2027 SportAccord Konvensiyası: 1700-dən çox nümayəndə bir araya gələcək

Futbol
Bu gün, 15:20

Beşiktaş PAOK-un kapitanı Andriya Jivkoviçi transfer etmək niyyətindədir

Futbol
Bu gün, 15:08

İnfantino: “Bakı U-15 Dünya Kubokunda gələcəyin futbol ulduzlarını gördüm”

Futbol
Bu gün, 15:00

Karlos Espi: Real Madrid-dən zəng gələndə "xeyr" demək imkanı yox idi

Voleybol
Bu gün, 14:53

Qadın Voleybolu: AZERRAIL vs Milli Aviasiya Akademiyası bu gün keçiriləcək

Futbol
Bu gün, 14:40

Zidan: Gələcəkdə “Yuventus”u çalışdırmaq istəyirəm

Futbol
Bu gün, 14:34

Millətlər Liqası: İtaliya - Fransa qarşılaşması, Keynin rekordu və C Liqasında yüksəlmə yarışları

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Oxşar xəbərlər