Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Joan Qadu Avropanın bir sıra böyük klublarının diqqətini çəkib.
Report xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə İspaniyanın “Real”, Fransanın “PSG” və İngiltərənin “Arsenal” klubları maraqlanır.
Bundesliga təmsilçisi hazırda gənc oyunçunu satmağı düşünmür. “Borussiya” onu uzun müddət heyətində saxlamağı planlaşdırır.
Xatırladaq ki, yayda Avstriyanın “Zaltsburq” klubundan “Borussiya”ya keçən futbolçu cari mövsümdə 15 matçda meydanda olub.