Göyçayın \"Çərəkə\" komandası AFFA U-11 Liqasından kənarlaşdırılıb.
\"Report\" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Turnirdə keçirilməsi planlaşdırılan \"Çinar\" (Göyçay) – \"Çərəkə\" (Göyçay) oyunu \"Çərəkə\" komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.
Bu hal üçüncü dəfə təkrarlandığından \"Çərəkə\" U-11 Liqasından kənarlaşdırılıb. Komandanın keçirdiyi oyunların nəticələri ləğv edilib.