Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci turun növbəti oyunu bu gün keçiriləcək.
İdman.Biz xəbər verir ki, turun ikinci günündə "AZERRAIL" və "Milli Aviasiya Akademiyası" komandaları üz-üzə gələcəklər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, turun açılış matçında "Murov Az Terminal" UNEC-i 3:1 (18:25, 25:17, 25:19, 25:21) hesabı ilə məğlub edib.
İki turdan sonra turnir cədvəlində "Naxçıvan", "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" hərəyə 3 xalla ilk pillələri bölüşürlər. Digər komandaların hesabında isə xal yoxdur.