top
Didye Droqba “Qalatasaray”a  qayıdır? Lent.az
08 may 2024, 12:39
- ↺ +

Didye Droqba “Qalatasaray”a qayıdır?

Süheyl Batumun mayın 25-də "Qalatasaray"da keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə idman direktoru vəzifəsinə Didye Droqbanı təyin edəcəyi bildirilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mayın 25-də "Qalatasaray" klubunda keçiriləcək seçkidə Süheyl Batum qalib gəlsə onun komandasında təmsil olunacaq keçmiş prezident Ünal Aysal Didye Droqba ilə görüşüb.

Aysal Fil Dişi Sahilindən olan keçmiş futbolçu ilə görüşdükdən sonra razılaşma əldə edildiyi də bildirilir.

Süheyl Batum seçkidə qalib gəlsə, "Qalatasaray"ın idman direktoru Didye Droqba olacaq.

1978-ci il martın 11-də Abicanda doğulan Didye Yves Drogba Tebili Fil Dişi Sahili millisinin keçmiş futbolçusudur. O, 2012-2013 və 2013-2014 mövsümlərində Super Liqa komandalarından olan "Qalatasaray"da çıxış edib. "Levallua" komandasında futbola başlayan Droqba 1998-ci ildə "Le Mans" komandasında peşəkar oyunçu olub.

2003-cü ildə "Qenqam"a keçən Droqba 45 oyunda 20 qol vurub və 2003-cü ildə göstərdiyi performansa görə "Marsel" komandasına transfer olub. Burada bir mövsüm keçirən Didye Droqba karyerasında ilk dəfə UEFA Çempionlar Liqasında iştirak edib və bu liqada ilk qolunu "Real"a vurub.

Liqada 35 oyunda 19 qol vuran Droqba 2004-cü ildə Roman Abramoviçin aldığı "Çelsi"yə transfer olunub. "Çelsi"də 8 mövsüm keçirən Didye Droqba bu komandada 226 liqa oyununa çıxıb və 100 qola imza atıb.

"Çelsi"də oynadığı müddətdə London klubu tarixinin 4-cü qolçusu olmağı bacaran Droqba 3 dəfə Premyer Liqa, 4 dəfə İngiltərə Kuboku, 2 dəfə Liqa Kuboku, 2 dəfə İcma Kuboku və bir dəfə Çempionlar Liqası kubokunu qazanmağı bacarıb.

2012-ci ildə "Şanxay Qrenlandiya"ya keçən Fil Dişi əsilli futbolçu yarım mövsüm komandada qalıb və 11 oyunda 8 qol vurub. Bundan əlavə, Droqba 2013-cü ildə Kriştiano Ronaldo, İniyesta, Devid Bekhem, Lionel Messi kimi məşhur futbolçuları geridə qoyaraq "Qızıl ayaq" mükafatını qazanıb.

O, hazırda MLS-in aşağı liqası olan "United Soccer League"də mübarizə aparan Amerika komandası "Phoenix Rising FC"yə transfer edilib və eyni zamanda komandanın ortağı olub. O, həm futbolçu, həm də komanda sahibi olan ilk şəxs kimi tarixə düşüb. 2018-ci ildə Droqba 40 yaşında peşəkar futboldan ayrılıb. Daha sonra dekabrın 11-də Sülh və İdman beynəlxalq təşkilatının vitse-prezidenti olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:15

"Bayer" İbrahim Mazanı üçün milyonluq müqavilə hazırlayır

Futbol
Bu gün, 08:40

Salah 70 qol rekorunu yenilədi

Futbol
Bu gün, 08:20

Didye Diqar 'Lans'ın baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 08:15

Münhenin Kim Min Ce transferi üçün üç klub yarışır

Futbol
Bu gün, 08:00

Dortmundun əsas sponsoru Rheinmetall ilə əməkdaşlığı dayandırıldı

Futbol
Bu gün, 07:09

“Atletiko”nun 11-ci forma rəqəmi Lukmanda da gözlənilən məhsuldarlığı verə bilmir

Futbol
Bu gün, 06:13

Real Madrid 18 yaşlı braziliyalı müdafiəçi Vitaonu transfer etmək istəyir

Futbol
Bu gün, 05:21

“Arsenal”ın 16 yaşlı ulduzu Maks Dauman İngiltərə U‑21‑də rekord qırdı

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 04:08

Azərbaycan milli komandası D Liqasının qrupunu lider olaraq başa çatdırdı

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Oxşar xəbərlər