top
Bayer İbrahim Mazanı üçün milyonluq müqavilə hazırlayır Idman.biz
Bu gün, 09:15
- ↺ +

"Bayer" İbrahim Mazanı üçün milyonluq müqavilə hazırlayır

Almaniyanın "Bayer" klubu Avropanın aparıcı komandalarının maraq dairəsində olan İbrahim Mazanı heyətində saxlamaq üçün yeni müqavilə hazırlayır.

İdman.Biz BILD nəşrinə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqaviləni Milad bayramınadək imzalamağı planlaşdırır. Tərəflər arasında razılaşmanın əldə olunması üçün yalnız bəzi detalların dəqiqləşdirilməsi qalıb.

Yeni müqavilə Əlcəzair millisinin üzvünün gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq. Hazırda illik 2,5 milyon avro qazanan Mazanın bonuslar daxil olmaqla maaşı təxminən 4 milyon avroya yüksələcək.

Bundan əlavə, futbolçuya müqavilə müddəti ərzində hissə-hissə ödəniləcək 4 milyon avroluq imza bonusu nəzərdə tutulur. Beləliklə, onun ümumi illik gəliri təxminən 5 milyon avroya (9,5 milyon manat) çata bilər.

Yeni müqavilədə sərbəstqalma məbləğinin göstərilməsi gözlənilmir. Bununla da "Bayer" futbolçunun gələcək transferi ilə bağlı danışıqlara tam nəzarəti özündə saxlayacaq.

Maza 2025-ci ilin yayında "Herta"dan 12 milyon avroya transfer edilib. Həmin vaxtdan onun bazar dəyərinin təxminən 50 milyon avroya yüksəldiyi bildirilir.

Gənc yarımmüdafiəçinin çıxışı "Arsenal", "Mançester Siti", "Barselona" və PSJ-nin diqqətini çəkib. Lakin Paris klubunun artıq transferdən imtina etdiyi bildirilir. "Bayer" isə yeni müqavilə ilə futbolçusunu digər klubların marağından qorumağa çalışır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Salah 70 qol rekorunu yenilədi

Futbol
Bu gün, 08:20

Didye Diqar 'Lans'ın baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 08:15

Münhenin Kim Min Ce transferi üçün üç klub yarışır

Futbol
Bu gün, 08:00

Dortmundun əsas sponsoru Rheinmetall ilə əməkdaşlığı dayandırıldı

Futbol
Bu gün, 07:09

“Atletiko”nun 11-ci forma rəqəmi Lukmanda da gözlənilən məhsuldarlığı verə bilmir

Futbol
Bu gün, 06:13

Real Madrid 18 yaşlı braziliyalı müdafiəçi Vitaonu transfer etmək istəyir

Futbol
Bu gün, 05:21

“Arsenal”ın 16 yaşlı ulduzu Maks Dauman İngiltərə U‑21‑də rekord qırdı

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 04:08

Azərbaycan milli komandası D Liqasının qrupunu lider olaraq başa çatdırdı

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Oxşar xəbərlər