Misir millisinin hücumçusu Məhəmməd Salah yığmanın tarixində ən çox qol vuran futbolçu olub. Sport24.az xəbər verir ki, "fironlar" ötən gün Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi üzərində 5:0 hesablı qələbə qazanıblar.
Salah bu oyunda iki dəfə fərqlənib. O, 84-cü dəqiqədə, daha sonra isə 90+5-ci dəqiqədə (penaltidən) topu rəqib qapısından keçirib.
Bununla da Salah millinin heyətində keçirdiyi 121 oyunda vurduğu qolların sayını 70-ə çatdıraraq yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord 176 matçda 69 qol vurmuş Hossam Həsənə məxsus idi.