top
Davin Cəfərov Dünya Çempionatındakı iştirakı və uğurları haqqında danışdı Idman.biz
13 oktyabr 2025, 16:22
- ↺ +

Davin Cəfərov Dünya Çempionatındakı iştirakı və uğurları haqqında danışdı

İtaliyanın Lonato şəhərində təşkil olunan dünya çempionatı azərbaycanlı kartinq pilotu Davin Cəfərov üçün çox gərgin keçib.

İdman.Biz xəbər verir ki, idmançı bu barədə yarışdan sonra açıqlama verib.

O, nəticəsini böyük nailliyyət hesab edib: "Bu səviyyəli yarışda, bu trekdə və BMB kateqoriyasında ilk dəfə iştirak edirdim. Təəssüf ki, yarışdan öncə buraya gəlib praktik məşqlərə qatılmaq imkanım olmadı. Bu çətin çempionatda iştirak etmək üçün dünyanın hər yerindən beş kateqoriya üzrə 607 iştirakçı qatılıb. Yarış çox gərgin keçdi, lakin mən bunun öhdəsindən gəldim və yarımfinala yüksəldim. Lakin sıralamada kiçik insident və şassi problemlərimiz oldu ki, bu səbəbdən yarışa 32-ci yerdən başlamağa məcbur oldum. Nəticədə 24 rəqibimi ötməklə yarışı səkkizinci sırada bitirdim. Yaş trekdə, çox arxadan başlayarkən buna nail olmaq həqiqətən çətindir. Mən 15 dövrəlik (laps) yarışda 24 pilotu keçə bildim ki, bu çox qısa müddətdir və bunu etmək çətindir. Ona görə də bu, özüm və komandam üçün çox böyük nailiyyətdir".

D.Cəfərov hava şəraitinin də əlverişli olmadığını vurğulayıb: "Bir çox başqa pilotlar və komanda rəhbərləri mənimlə görüşmək və söhbət etmək üçün tentimizə yaxınlaşdılar. Beynəlxalq kartinq yarışlarında ilk dəfə bu səviyyədə iştirak edən və belə bir performans nümayiş etdirən azərbaycanlı sürücünü görəndə təəccübləndilər. İştirakçılar arasında dünya və Avropa çempionları var idi, həmçinin hava şəraiti yarışı çox çətinləşdirdi. Nə qədər güclü olduğumuzu göstərmək, ölkəmi təmsil etmək mənim üçün inanılmaz fəxr və təcrübə idi. Mən Azərbaycanın avtomobil idmanında dünya miqyasında necə zirvədə ola biləcəyini sübut etmək üçün əlimdən gələni edirəm və həmyerlilərimdən böyük dəstək görmək məni daha da ruhlandırır".

Qeyd edək ki, gənc pilot "International South Garda" trekində keçirilən 24-cü dünya kartinq çempionatında (World Grand Final) səkkizinci olub.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:05

Karate dünyə çempionu Selcan Babayevanın Avropa çempionluğu və beynəlxalq arenadakı hədəfləri

Futbol
Bu gün, 17:50

Yuri Maksimov: 'İki xal itirməyin əvəzinə yuxarı pillələrdə daha yaxşı oynayardıq'

Basketbol
Bu gün, 17:45

LANDAU Lionsun baş məşqçisi Erhan Toker məğlubiyyət və hakim qərarlarını tənqid etdi

Futbol
Bu gün, 17:42

Rəşad Sadıqov "Zirə"nin "Araz-Naxçıvan"la 2:2-liyinə dair: "Futbolçularım böyük xarakter göstərdi və sona qədər mübarizə apardılar"

Cüdo
Bu gün, 17:40

Olimpiya çempionu Zelim Kotsoyev adaptiv cüdo məşqində iştirak etdi

Futbol
Bu gün, 17:32

“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO

Futbol
Bu gün, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Futbol
Bu gün, 16:59

İnтер Santiaqo Beltranı heyətinə qatmağı planlayır

Futbol
Bu gün, 16:52

“Turan Tovuz” Xorxe Silvanın müqaviləsi bir il uzadılacaq

Futbol
Bu gün, 16:32

Bask derbisi və El Klasikodan sonra yaralanmalar: La Liqada gərgin tur

Futbol
Bu gün, 16:29

Dadaşov qol vurdu, Dinamo Berlin 2-0 qalib gəldi

Qarabağ FK
Bu gün, 16:12

“Qəbələ – “Qarabağ” oyununda üç futbolçu zədə səbəbindən sahəyə çıxmayacaq”

Futbol
Bu gün, 16:04

David De Xea, Fiorentina ilə yollarını ayırmağa hazırdır

Futbol
Bu gün, 16:00

U-15 Dünya Kuboku: Azərbaycan yığmasının 84-cü yeri və AFFA-nın jurnalist akkreditasiyası ilə bağlı ləngimi suallar

Futbol
Bu gün, 16:00

Fransişku Konseysau UEFA tərəfindən 3 oyunluq cəzaya məhkum edildi

Futbol
Bu gün, 15:52

İtaliya A Seriyasının X turu: Milan derbisi 'San-Siro'da, 'Yuventus' və 'Napoli' Turində qarşılaşacaq

Cüdo
Bu gün, 15:31

Sumqayıtda Abşeron-Xızı cüdo çempionatı keçdi

Futbol
Bu gün, 15:30

Cim Retkliff 2029-cu ilin ikinci yarısında Manchester United‑in əsas sahibi ola bilər

Futbol
Bu gün, 15:18

FIFA U-15 Dünya Çempionatı: Bakıda 114 min porsiya yemək və 27 ton çamaşır

Futbol
Bu gün, 15:15

Araz-Naxçıvanın futbolçusu Rövşan Muradov "Zirə" ilə matçda zədələndi

Futbol
Bu gün, 15:12

İspaniya U-15 yığmasının baş məşqçisi David Qordo: "Bakıda qazandığımız çempionluq gənclər üçün ömürlük xatirə olacaq"

Futbol
Bu gün, 15:11

Sumqayıtın legioni, Ronaldo Vakzez: "Üç xal qazanmaq bizim üçün vacibdir"

Futbol
Bu gün, 14:54

Arsen Venger: Hər kəs Bakıda keçirilən FIFA U-15 dünya çempionatına aşiq oldu

Futbol
Bu gün, 14:51

Səbail məşqçisi: Futbolçuların adaptasiyasına inanıram

Oxşar xəbərlər