Novak Cokoviç Roma tennis turnirində xoşaglməz hadisə ilə üzləşib.
İdman.biz xəbər verir ki, serbiyalı tennisçi imza verərkən tribunadan atılan plastik qaba tuş gəlib.
Hadisə fransalı tennisçi Korenten Mute ilə görüşdən sonra baş verib. Zərbədən sonra Cokoviç diziüstə çöküb və başını tutub.
Qeyd edək ki, qarşılaşma Novakın 2:0 (6:3, 6:1) hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.biz