top
Bəhram Rəcəbzadə: Glory 99 turnirində rəqibim güclü olmasına baxmayaraq, onu asanlıqla məğlub etdim Report.az
08 aprel 2025, 14:51
- ↺ +

Bəhram Rəcəbzadə: "Glory 99" turnirində rəqibim güclü olmasına baxmayaraq, onu asanlıqla məğlub etdim

"Glory 99" turnirində rəqibim çox güclü olsa da, ona rahat qalib gəldim.

Bunu "Report"a açıqlamasında Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə Niderlandın Rotterdam şəhərində baş tutan "Glory 99" turnirində qazandığı qələbə ilə bağlı danışarkən deyib.

O, niderlandlı Brayan Douesin döyüşdən əvvəl iddialı danışdığını söyləyib:

"Rəqibim çox güclü olsa da, ona rahat qalib gəldim. Yarışdan əvvəl iddialı açıqlamalar vermişdi. Şükürlər olsun ki, onu vaxtından əvvəl, ilk raundda məğlub etdim. Döyüşdən öncə rəqibim üzərində ikinci raundda nokautla qələbə qazanacağımı düşünürdüm".

İdmançı iştirak edəcəyi "Glory 100" turniri ilə bağlı da fikirlərini deyib:

"İyunda "Glory 100" turnirində iştirak edəcəyəm. İlk rəqibim albaniyalı idmançıdır. Reqlamentə əsasən, bir gündə iki döyüş keçiriləcək. İlk görüşdə qələbə qazansam, digər cütün qalibi ilə üz-üzə gələcəyəm. Burada da qələbə qazansam, dekabrda daha bir döyüşüm olacaq".

Kikboksçu qələbəsini Azərbaycan xalqına, şəhidlərə və qazilərə həsr etdiyini vurğulayıb:

"Qələbəni Azərbaycan xalqına həsr edirəm. Mənim bu səviyyəyə yüksəlməyimdə Azərbaycan və Türkiyə xalqının rolu böyük olub. Azərbaycan mənim ailəmdir. Şəhidlərimiz və qazilərimiz olmasaydı, indi biz başıuca gəzə, xaricdə ölkəni qürurla təmsil edə bilməzdik. Qələbəmi əsas da onlara həsr edirəm. Həmçinin Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə mənə dəstək göstərdiyi üçün təşəkkür edirəm".

Qeyd edək ki, B.Rəcəbzadə Niderlandda keçirilən "Glory 99" turnirində yerli idmançı Brayan Douesi məğlub edib. O, iyunun 13-14-də "Glory 100" turnirində mübarizə aparacaq. İdmançının ilk rəqibi albaniyalı Asdren Qasi olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 11:40

Keçmiş dünya çempionu Xorxe Linares 10 gün həbsdən azad edildi

Futbol
Bu gün, 11:40

Kristian Şevçenkonun oğlu İngiltərənin 7-ci divizion klubu ilə müqavilə bağladı

Futbol
Bu gün, 11:28

Sabah qapıcısı Stas Pokatilovun qurtarışı UEFA Çempionлар Liqasının ən yaxşıları sırasında;

Futbol
Bu gün, 11:20

Rumıniya millisinin sabiq baş məşqçisi İordanesku "Uotford"un baş məşqçisi olacaq

Futbol
Bu gün, 11:10

Ayxan Abbasov: Flik "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi

Futbol
Bu gün, 11:09

Sabah futbolçusunun zədəsi bu gün açıqlanacaq

Futbol
Bu gün, 11:07

Arsenal, Bavariya’nın Keyni əvəzləyicisini tapdı

Futbol
Bu gün, 10:46

“Sabah”–“Barselona” oyununda azarkeşin vəfatı

Futbol
Bu gün, 10:44

Meksikalı futbolçu Luis Alberto Rios Çaves matçdan sonra güllələnib və vəfat edib;

Qarabağ FK
Bu gün, 10:44

İspan mətbuatı Bakı Olimpiya Stadionunda “Sabah”–“Barselona” matçının atmosferi, azarkeş reaksiyaları və təhlükəsizlik tədbirlərini dəyərləndirir

Qarabağ FK
Bu gün, 10:43

Kaşuk iki Ukrayna klubunun marağında

Futbol
Bu gün, 10:40

“Sabah” heç kimdən çəkinmir – Barcelona ilə qarşılaşmada cəsarətli yanaşma

Futbol
Bu gün, 10:28

Mikels: "Barselona"ya ikinci qol vurmalı idim

Futbol
Bu gün, 10:20

Bayern yeni hücumçu transferini hazırda düşünmür

Futbol
Bu gün, 10:20

Manuel Noyerin yeni sevgilisi məlum oldu

Futbol
Bu gün, 10:16

CL‑də son vəziyyət: “Sabah”, “Qalatasaray” və “Fənərbaxça” cədvəldəki yerləri

Şahmat
Bu gün, 10:14

15 yaşlı Xaqan Əhməd dünya şahmat çempionatında mövqeyini möhkəmləndirdi

Futbol
Bu gün, 10:11

“Sabah” UEFA bayrağı altında 14 ev oyununda heç-heçə yoxdur

Futbol
Bu gün, 10:11

Mikels: İkinci qol üçün də şansım var idi

Futbol
Bu gün, 10:09

PSJ Çempionlar Liqasında Fransa rekordunu yenilədi

Futbol
Bu gün, 10:07

Kimmix, Musiala haqqında Bavariya klubunun açıqlamalarını sərt tənqid etdi

Minifutbol
Bu gün, 10:00

Chelsea Aleks Skottun transferi üçün yüksək təklif hazırlayır

Futbol
Bu gün, 10:00

Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı olmaq şansı var;

Futbol
Bu gün, 10:00

“Sabah”ın prezidenti Barselona qarşısında motivasiyanı ifadə etdi

Oxşar xəbərlər