top
Bakıda Zəfər Gününə Həsr Olunan Qələbə Qaçışı Keçiriləcək Idman.biz
20 oktyabr 2025, 11:18
- ↺ +

Bakıda Zəfər Gününə Həsr Olunan "Qələbə Qaçışı" Keçiriləcək

Noyabrın 2-də Bakıda Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı xeyriyyə tədbiri keçiriləcək.

İdman.Biz xəbər verir ki, ənənəvi tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər il olduğu kimi "Qürurla irəli" şüarı altında baş tutacaq. Aksiyanın məqsədi Azərbaycanın tarixi qələbəsini ehtiramla anmaq, xalqımızın birliyini, qəhrəmanlığını və dönməz iradəsini bir daha vurğulamaqdır.

İştirakçılar üçün qeydiyyat zamanı minimum 20 manat xeyriyyə haqqı müəyyən edilib. Toplanan vəsait "YAŞAT" Fonduna ianə olunacaq.

"Qələbə qaçışı"nın iştirakçıları Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Bundan əlavə, 1–2 noyabr tarixlərində fan-zona da fəaliyyət göstərəcək. Burada ziyarətçiləri müxtəlif əyləncələr və bayram ab-havası gözləyəcək.

Qaçış 2 noyabr saat 10:00-da başlayacaq. İştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər 30 oktyabr saat 12:00-dək events.smartscoring.com/marathon linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Yerlər məhdud olduğundan limitə çatdıqda qeydiyyat avtomatik olaraq bağlanacaq.

Qeydiyyatı təsdiqlənən iştirakçılara e-mail vasitəsilə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. Onlar 15–30 oktyabr tarixlərində, saat 09:00-dan 20:00-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsindən şəxsiyyət vəsiqəsi və ödəniş təsdiqini təqdim etməklə iştirakçı nömrəsini əldə edə biləcəklər.

Qeyd edək ki, "Qələbə qaçışı" 2021-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilir.

Ətraflı məlumatı *6003 nömrəli çağrı mərkəzindən və ya tədbirin rəsmi Instagram səhifəsindən almaq mümkündür: instagram.com/victoryrun.az.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Qarabağ FK
Bu gün, 12:35

Şahin Diniyev: "Sabah"ı indiki formasına görə "Qarabağ"dan bir pillə öndə görürəm"

Digər
Bu gün, 12:29

Arda Gülər kamera qarşısına keçdi – 4,5 milyon qazandı

Digər
Bu gün, 12:23

“Barselona”nın əfsanəsi Azərbaycandakı dünya çempionatından danışdı

Futbol
Bu gün, 12:20

FİFA prezidenti Canni İnfantino Asiyada futbolun inkişafına görə minnətdarlığını bildirib

Futbol
Bu gün, 12:14

Türkmənistan U-15 futbol millisinin baş məşqçisi: “Bakıdakı dünya çempionatında dəyərli təcrübə qazanacağıq”

Futbol
Bu gün, 12:00

Qəbələ “Filipe Santosu” geri gətirməyi düşünür

Güləş
Bu gün, 11:59

Ermənistan mətbuatı: Sənan Süleymanov, Amoyana ciddi rəqibdir

Futbol
Bu gün, 11:40

The Athletic sorğusunda Harri Keyn "Qızıl top"a əsas namizəd

Qarabağ FK
Bu gün, 11:29

Ukrayna mətbuatı “Qarabağ”da parlaq çıxış edən Aleksey Kaşuku milli komandaya çağırmağa çağırır

Digər
Bu gün, 11:17

UFC 333: Asəf Çopurov rəsmi çəkiölçməni uğurla keçdi, debütə hazırdır - VİDEO

Futbol
Bu gün, 11:08

Milanda Ruben Amorim kritiklərə məruz qalıb: Kamarda niyə əvəz edilməyəndirsə

Futbol
Bu gün, 11:00

I Liqanın bombardiri Dilyen Açıti: "Qolların sayını bu, Allahla mənim aramdakı sirrdə saxlayacağam"

Digər
Bu gün, 10:53

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov yarım milyon manat mənimsəməkdən həbs edildi

Futbol
Bu gün, 10:48

Barış Alper Yılmaz 'Fənərbağça' ilə qarşılaşmanı buraxa bilər

Futbol
Bu gün, 10:20

Serbiya Futbol Assosiasiyası azarkeş davranışı üçün cərimələndi

Voleybol
Bu gün, 10:02

Azərbaycanın U-20 qadın voleybol millisi Polşa ilə qarşılaşacaq;

Futbol
Bu gün, 10:00

Slovan Bratislava ‘Sabah’ın futbolçusuna təklif göndərə bilər

Futbol
Bu gün, 09:53

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qalaraq mövqeyini saxladı

Oxşar xəbərlər