top
Bakıda Zəfər Günü münasibətilə Qələbə qaçışı keçirilib - YENİLƏNİB + FOTO + VİDEO Idman.biz
02 noyabr 2025, 12:59
- ↺ +

Bakıda Zəfər Günü münasibətilə "Qələbə qaçışı" keçirilib - YENİLƏNİB + FOTO + VİDEO

Bakıda Dənizkənarı Milli Parkda Gənclər və İdman Nazirliyinin Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti xeyriyyə yarışı keçirilib.

İdman.Biz xəbər verir ki, "Yeddi gözəl" fəvvarəsinin qarşısından start götürən iştirakçılar 10 kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.

1700-dən çox iştirakçının qeydiyyatdan keçdiyi qaçışda Bəxtiyar Əsgərli kişilər kateqoriyasında birinci olub. Faqət Quliyev yarışı ikinci, Elşad Nəsibov isə üçüncü pillədə başa vurublar. Qadınlar arasında isə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova ilk üçlükdə qərarlaşıblar.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev, Olimpiya çempionu, "İdman veteranları" İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və başqaları təqdim ediblər.

Həmçinin iki gün ərzində Dənizkənarı Milli Parkda əyləncə zonası təşkil olunub. Qaçış tədbiri əyləncəli konsert proqramı ilə davam edib.

Qeyd edək ki, 10 kilometrlik marafonun start və finiş xətti eyni nöqtə - "Yeddi gözəl" fəvvarəsi olub.

10:54

Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə bu gün Gənclər və İdman Nazirliyi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyası ilə birlikdə "Qələbə qaçışı" adlı növbəti xeyriyyə qaçışı təşkil edilib.

İdman.Biz xəbər verir ki, "Qələbə qaçışı"nın iştirakçıları Dənizkənarı Milli Parkda "Yeddi gözəl" fəvvarəsinin yanından start götürüblər.

Qaçış 10 km məsafəni əhatə edir. Qaçış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil edilib.

Qeyd edək ki, "Qürurla irəli" şüarı ilə keçirilən qaçışa qoşulanlar xeyriyyə məqsədilə minimum 20 manat iştirak haqqı ödəyiblər. Qaçışdan toplanan vəsait "YAŞAT" Fonduna köçürüləcək.

Xatırladaq ki, "Qələbə qaçışı" 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:12

Barcelonanın UEFA Çempionlar Liqası oyununda keçmiş narıncı formaya dönüşü

Futbol
Bu gün, 05:12

Manchester United, Borussia Dortmundun ulduz yarımmüdafiəçisinə 100 milyon avro qiymət təklif edir

Futbol
Bu gün, 04:17

Nevill: Manchester United‑un zəif mövsüm başlanğıcı və Carrick‑in gələcəyi üçün qırmızı xətt

Futbol
Bu gün, 03:48

Football Whispers “Borussiya”nın “Sabah” üzərində 3:1 hesabını proqnozlaşdırdı

Futbol
Bu gün, 03:12

Konseysau, Ronaldo və Jesús arasındakı münaqişəyə dair fikirlərini bildirdi

Futbol
Bu gün, 02:47

Dortmund rəhbəri “Sabah”ın gücünü etiraf edərək, Bakıdakı oyunda qələbə hədəfi qoydu

Futbol
Bu gün, 02:13

Borussiya Dortmundda Sabahla Çempionlar Liqası qarşılaşması öncəsi gərginlik

Futbol
Bu gün, 01:49

"RedBird Capital" qrupunun "Əl-Nəsr" klubunun 70% səhmlərini alma ehtimalı

Futbol
Bu gün, 01:28

Xetafe Rayo Valyekanoyla 1:1 hesabla bərabərlik qazanıb

Digər
Bu gün, 01:25

Teymur Fərəcov 8 saat 58 dəqiqə 8 saniyə ilə Ironman rekordunu yenilədi

Futbol
Bu gün, 01:05

Tottenhem Koventri Sitiyə qarşı 3:1 hesabı ilə qalib gələrək düşmə zonasını tərk etdi

Futbol
Bu gün, 00:31

Pirs Morqan Ronaldunun 255 avro cəriməsinə gülərək cavab verdi

Basketbol
Bu gün, 00:15

Tahir Baxşıyev: 75-100 məğlubiyyətdə səhvlər əsas rol oynadı

Futbol
Bu gün, 00:07

Həsən Nəzərli Türkiyədən geri dönəcək: Şamaxıya transferi gündəmdə

Basketbol
Dünən, 23:55

Sabah NTD-yə qələbə qazanıb

Futbol
Dünən, 23:48

Ronaldu 30 günlük diskvalifikasiyadan sonra sosial şəbəkədə paylaşım etdi

Futbol
Dünən, 23:38

Bursaspor 2:0 ilə Pendikspor'u məğlub etdi, Toral Bayramovun komandası liderlə xal fərqini minimuma endirdi

Futbol
Dünən, 23:34

Real Madridlə qarşıdurma səbəbindən Tebas vəzifəsindən uzaqlaşdırılma təhlükəsi altında

Futbol
Dünən, 23:19

Qalatasaray, Fransadakı etirazlar səbəbindən UEFA-ya rəsmi müraciət hazırlayır

Futbol
Dünən, 23:05

Məşhur şərhçi Derek Reyin Real Madrid vs. Sevilya qarşılaşmasına hazırlıq etdi

Şahmat
Dünən, 22:55

Gəncədə Fərid Orucov şahmat çempionu seçildi

Futbol
Dünən, 22:52

Trabzonspor Beşiktaş'ı 2:0 ilə məğlub etdi

Şahmat
Dünən, 22:51

Azərbaycan şahmat klubları Avropa Kubokunda iki qələbə qazandı

Futbol
Dünən, 22:41

Sabah – Borussiya qarşılaşması üçün azarkeşlərə pulsuz avtobuslar təşkil edildi

Oxşar xəbərlər