top
Bakıda Zəfər Günü münasibətilə Qələbə Qaçışı keçirilib Report.az
02 noyabr 2025, 12:45
- ↺ +

Bakıda Zəfər Günü münasibətilə "Qələbə Qaçışı" keçirilib

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti xeyriyyə tədbiri təşkil edilib.

"Report" xəbər verir ki, qaçış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib və "Qürurla irəli" şüarı altında baş tutub.

Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Qələbə qaçışı"nın iştirakçıları Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yanından start götürüblər. Qaçış 10 km məsafəni əhatə edib.

1700-dən çox iştirakçının qeydiyyatdan keçdiyi qaçışda Bəxtiyar Əsgərli kişilər kateqoriyasında birinci olub. Faqət Quliyev yarışı ikinci, Elşad Nəsibov isə üçüncü pillədə başa vurublar. Qadınlar arasında isə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova ilk üçlükdə qərarlaşıblar.

"Qələbə qaçışı"nda gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev, Olimpiya çempionu, "İdman veteranları" İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və başqaları təqdim ediblər.

Həmçinin iki gün ərzində Dənizkənarı Milli Parkda əyləncə zonası təşkil olunub. Qaçış tədbiri əyləncəli konsert proqramı ilə davam edib.

Qeydiyyat zamanı toplanan vəsait "YAŞAT" Fonduna ianə ediləcək.

Qeyd edək ki, "Qələbə qaçışı" 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:36

Derbilər, liderlər sınağı və Borussiyaların döyüşü

Basketbol
Bu gün, 09:34

Azərbaycan Basketbol Liqasında I turunda təxirə salınmış oyun bu gün başlayacaq

Futbol
Bu gün, 09:25

Mançester Siti 2 Milyard Dollar Krediti İmtina Edildi – Maliyyə Rüsumları Gələcəyini Təhlükə Altına Alır

Futbol
Bu gün, 09:20

Tom Breydi Chelsea səhmlərini alıb

Futbol
Bu gün, 09:05

Zidane İspaniya ilə çeyrek final qarşılaşması haqqında danışdı: “Bu, revanş deyil”

Futbol
Bu gün, 09:00

Şəfa ilə Qəbələ Sumqayıtda üz-üzə gəlir

Futbol
Bu gün, 08:40

Manchester United‑un yeni baş məşqçisi Mauricio Pochettino: Gündə yalnız üç‑dörd saat yatıram

Futbol
Bu gün, 08:39

Bavariya futbolçusu Maykl Olise ciddi zədələnib;

Futbol
Bu gün, 08:09

İngiltərə millisinin baş məşqçisi Tuxel Norveçlə 1/4 final qarşılaşması barədə danışır

Futbol
Bu gün, 08:00

Polşada oyun alveri şübhəsi ilə 10 futbolçu futboldan uzaqlaşdırıldı

Futbol
Bu gün, 07:11

Arteta “Nyukasl” qarşılaşmasından əvvəl komandası üçün yalnız növbəti oyunu düşünmək lazım olduğunu bildirdi

Futbol
Bu gün, 06:13

Bavariyada iki əsas oyunçu zədələndi, Keyn və Olise sahəni tərk etdi

Futbol
Bu gün, 05:12

Müəllim Qattuzo GTA 6 oyununda gec qalmaqla bağlı futbolçuları səhər yoxlayacaq

Formula 1
Bu gün, 04:14

Lewis Hamiltonun illərdir gerçəkləşməyən arzusu ortaya çıxdı: Messi ilə görüşmək istəyir

Şahmat
Bu gün, 03:07

Üç Azərbaycan şahmatçısı Türküstanda qalibiyyətlə başladı

Futbol
Bu gün, 02:01

Espanyol Bilbao'da 1-0 məğlubu ilə Atletik'i məğlub etdi

Futbol
Bu gün, 01:51

“Trua” 3:1 qələbə qazandı, “Havr” yeni məşqçisi ilə məğlub oldu

Futbol
Bu gün, 01:28

Bayern evdə 1-1 dəyən “Köln”lərlə qarşılaşdı, liderliyini qorudu

Cüdo
Bu gün, 01:23

Daşkənddə Azərbaycanın beş cüdoçusu son fərdi medallar uğrunda yarışacaq

Futbol
Bu gün, 01:04

Kompani xəstəxanadan çıxıb, Bayern oyununda ilk dəfə məşqçiyə döndü

Şahmat
Bu gün, 00:49

Məmmədyarov Budapeştdə 16-cı oldu, turnirin qalibi Fransa təmsilçisi Alerza Firuzca oldu

Futbol
Bu gün, 00:35

Zamiq Əliyevin erkən qolu 'Eqnatiya' 0:1 məğlubiyyətinə təsir etmədi

Voleybol
Bu gün, 00:16

“Xilasedici” kapitanı Vüqar Bayramov: Səfərdə azarkeşlərimizi sevindirmək üçün çalışacağıq

Futbol
Dünən, 23:54

Ronaldo 986-cı qolunu əlavə etdi

Oxşar xəbərlər