top
Bakı Marafonu ilk dəfə 42 km məsafədə keçiriləcək Lent.az
27 aprel 2026, 17:33
- ↺ +

Bakı Marafonu ilk dəfə 42 km məsafədə keçiriləcək

2016-cı ildən bəri ənənəvi olaraq 21 km (yarımarafon) məsafədə keçirilən Bakı Marafonu, 2026-cı il mayın 3-də ilk dəfə 42 km məsafədə təşkil olunacaq.

Bu, Bakının artıq peşəkar "Full Marathon" şəhərləri siyahısına daxil olması deməkdir. 21 km hər kəs üçün bir sınaq idisə, 42 km artıq dözümlülük və xüsusi hazırlıq tələb edən peşəkar qaçışçı auditoriyasına hesablanıb.

Lent.az sfera.az-a istinadən xəbər verir ki, 2016-cı ildə cəmi 7 min iştirakçı ilə başlayan "Küləyə qalib gəl" marafonunun populyarlığı illər keçdikcə inanılmaz bir sürətlə artıb. 2023-cü ildə 20 min nəfəri ötən iştirakçı sayı, ötən il rekord vuraraq 28 minə yaxınlaşıb. 42 km-lik yeni format isə bu kütləviliyi peşəkarlıqla birləşdirir. Dünyada Nyu-York, London və Berlin kimi meqapolislərin öz marafonları ilə yaratdığı brend imici indi Bakıya keçib.

42 km-ə keçidin önəmi sadəcə məsafə deyil, Bakı rəsmən "Full Marathon" statuslu şəhərlər siyahısına daxil olub. Dünyada "marafon turisti" adlanan xüsusi bir kütlə var və onlar yalnız 42 km-lik yarışlar üçün ölkə-ölkə gəzirlər. Bu yarış, Bakıya minlərlə xarici qonağın, media nümayəndəsinin və investorun gəlməsi deməkdir. 42 km-i hər kəs qaçmır. Bu məsafə xüsusi iradə, aylarla davam edən hazırlıq və dözümlülük tələb edir. Bu il iştirakçıları möhtəşəm bir marşrut gözləyir. Əvvəllər start və finiş Bayraq Meydanında və ya Olimpiya Stadionunda idisə, bu ilki 42 km-lik marşrut Bakının demək olar ki, bütün sahil və mərkəzi hissələrini əhatə edir. Belə ki, marafonun start xətti Dövlət Bayrağı Meydanından başlayaraq şəhərin müasir və tarixi simasını əhatə edəcək.

Marafonun son nöqtəsinin "Sea Breeze" istirahət mərkəzi olması həm qaçışçıların yorğunluğunu dəniz havası ilə çıxarmasına, həm də paytaxtın turizm potensialının şəhər kənarına doğru genişlənməsinə xidmət edir. Bakı Marafonu artıq sadəcə yerli bir qaçış deyil, beynəlxalq platformadır. 2025-ci ilin qalibləri arasında Türkiyə və Ukrayna idmançılarının olması bunun sübutudur. 2026-cı ildə mükafat fondu da kifayət qədər cəlbedicidir. Belə ki, 1-ci yer 6,000 AZN, 2-ci yer 4,000 AZN, 3-cü yer isə 2,000 AZN ilə mükafatlandırılacaq. Bu tip irimiqyaslı tədbirlər həm də şəhərin infrastrukturunun və xidmət sektorunun (otellər, restoranlar, nəqliyyat) canlanmasına birbaşa təsir edir.

Həmçinin, marafonlar adətən "yaşıl dünya" və ekoloji təmiz nəqliyyatı təşviq edir. Minlərlə insanın maşınlardan imtina edib qaçması şəhərin ekoloji ruhuna müsbət təsir göstərir və "Dayanıqlı İnkişaf" məqsədlərinə xidmət edir. Ona görə də Azərbaycanın bu kimi layihələrə ev sahibliyi etməsi ölkənin beynəlxalq arenada nüfuzunu daha da artırmağa xidmət edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 07:34

“Sabah”a iki qol vuran Girassi Bakıdakı oyundan danışdı

Digər
Bu gün, 07:13

Holand yoxdursa, problem də yoxdur - Foden “Mançester Siti”nin yeni qolçusuna çevrilə bilər

Digər
Bu gün, 06:41

Eyden Makkarti: “Borussiya”ya vurduğum qol karyeramda unutmayacağım anlardandır”

Futbol
Bu gün, 06:07

Maykl Karrik istefa barədə spekulyasiyalara cavab verdi: hər şey aydındır

Futbol
Bu gün, 05:48

Coy-Lens Mikels: ‘Dortmund məğlubiyyətindən sonra ‘Vikinq’lə qarşılaşmağa hazırıq’

Futbol
Bu gün, 05:12

Aston Villa yarımmüdafiəçisi Yohan Manzambi “Barselona” və “Bavariya”nin marağında

Futbol
Bu gün, 04:27

Borussiya Dortmund qapıçısı Qregor Kobelin “Sabah”ın təzyiqi barədə açıqlamaları

Futbol
Bu gün, 02:36

Luis Enrike: Barselona üzərində 4:2 hesablı qələbənin açarı PSJ-nin müdafiəsi oldu

Futbol
Bu gün, 02:05

Kvaratsxeliya "Barselona" məcburiyyətində ağır zədələndi: 9 ay müddətində yaxına qala bilər

Futbol
Bu gün, 01:49

“Barselona” UEFA Çempionlar Liqasının üçüncü turunda PSJ-yə 2:4 uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı - Flik rəqibin üstünlüyünü etiraf etdi

Formula 1
Bu gün, 01:35

Williams Marvel ilə əməkdaşlıqda Doctor Dum üslubunda bolid təqdim etdi

Futbol
Bu gün, 01:19

“Sabah” qapıçısı Stanislav Pokatilov UEFA Çempionlar Liqasının üçüncü turunda ən yüksək bal toplayaraq “Borussiya”nın dublini geridə qoydu

Futbol
Bu gün, 01:13

David Raya La Liqada oynamak istədiyini bildirdi

Futbol
Bu gün, 00:52

Sabah – Borussia Dortmund matçında bütün qollar Afrika futbolçuları tərəfindən vuruldu

Futbol
Bu gün, 00:35

Sesk Fabreqas "Mançester Yunayted"in baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirməkdən imtina etdi

Futbol
Bu gün, 00:30

Žirasi "Sabah"la Çempionlar Liqası görüşünün ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 00:21

Ronaldu penaltini qaçırdı, Feliks “Əl-Nəsr”ə qələbə qazandırdı

Futbol
Bu gün, 00:03

Dani Olmo, PSG qarşılaşmasında yaralandı

Futbol
Dünən, 23:50

Bundesliqada “Sabah” və “Borussiya Dortmund” matçı 2-1 nəticə ilə sona çatdı, Azərbaycan klubu müqavimət göstərdi

Futbol
Dünən, 23:44

Mikel Artertanın bəyanatı: Subimendi Bayern ilə oyunda iştirak edəcək

Futbol
Dünən, 23:41

Dambrauskas: Keyfiyyətli rəqib qarşısında şansımız az idi

Futbol
Dünən, 23:31

Dambrauskas məğlubiyyətdən sonra futbolçularına qürur duyduğunu bildirdi

Futbol
Dünən, 23:26

Sabah 2-1 məğlubiyyətlə Borussia Dortmund-a: layiqli mübarizə, səhvlər və fürsət itkisi

Qarabağ FK
Dünən, 22:58

İqor Ponomaryov “Sabah”ın “Borussiya”ya məğlubiyyətini şərh etdi

Oxşar xəbərlər