İspaniyanın paytaxtı Madriddə ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.
İdman.biz xəbər verir ki, ikinci yarış günü Azərbaycan atletlərindən Musab Məmmədtağıyev mübarizəyə qoşulub.
U-15 kateqoriyasında 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O, bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.
Beləliklə, iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.
İdman.biz