top
Azərbaycanın şahmat üzrə dünya ikincisi: Daha yüksək yer tuta bilərdim Report.az
09 mart 2025, 13:49
- ↺ +

Azərbaycanın şahmat üzrə dünya ikincisi: Daha yüksək yer tuta bilərdim

Səhvlər az olsaydı daha yüksək yer tuta bilərdim.

"Report"un məlumatına görə, bunu Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatında gümüş medal qazanan Ayan Allahverdiyeva deyib.

Azərbaycan şahmatçısı mötəbər yarışda gümüş medal qazanmasını belə dəyərləndirib: "Avropa çempionatında səhvlərim çox oldu. Məğlubiyyətdən sonra toparlanmağı bacardım və finişə qədər uğurlu çıxış etməyə çalışdım.

Qazandığım nailiyyətdə əməyi olan hər kəsə - məşqçimə, Azərbaycan Şahmat Federasiyasına və doğmalarıma təşəkkür edirəm. Növbəti yarışlarda da onları sevindirməyə çalışacam".

O, 8 mart Beynəlxalq Qadınlar günündə qazandığı mükafatı anasına həsr etdiyini bildirib: "Düzünü desəm, bayramı fikirləşməyə vaxt olmadı. Amma bu medalı anama həsr etsəm doğru olar. O hər zaman mənimlədir. Hətta mükafatlandırmadan sonra zəng vuraraq Vətənə qayıtmaqla bağlı yolda ehtiyatlı olmağımı istəyir, uduzanda da mənə dəstək olur".

2024-cü ildə 20 yaşadək şahmatçıların dünya çempionatında bürünc medal qazanan A.Allahverdiyeva növbəti il bu yarışda iştirak edə bilməyəcəyini qeyd edib: "Artıq 20 yaşım tamam olacaq və mən bu yarışda daha iştirak etməyəcəm. Ötən il qazandığım bürünc medaldan sonra Vətənə ən yüksək əyarlı mükafatla qayıtmağı arzulayırdım. Təsəllim qızıl medal qazanan FIDE təmsilçisi Anna Şukmanı əvvəlki turda məğlub etməyim oldu.

Məşqlərdə daha çox işləməliyəm ki, səhvləri təkrarlamayım. Qarşıdakı Avropa çempionatında iştirak etməyi planlaşdırıram. Arzularımdan biri yaxın gələcəkdə qadınlardan ibarət Azərbaycan millisinin əsas üzvünə çevrilməkdir".

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:29

Mingəçevinin baş məşqçisi Samir Məmmədov: "Karvan-Yevlax"a qalib gəlmək istəyirik, azarkeşlərimizi sevindirəcəyik

Futbol
Bu gün, 14:20

Nurlan Novruzov “Neftçi”də U‑12 komandası üçün məşqçi təyin olundu

Futbol
Bu gün, 14:20

I Liqada liderlər qrupundakı üç komandanın qarşılaşmalarından canlı yayım

Futbol
Bu gün, 14:20

Liverpul 42 milyon avro üçün mühafizəçini 60 milyon avroya geri almaq istəyir

Basketbol
Bu gün, 14:17

MBA Avropada 10 milyard avroluq basketbol arenası layihəsini açıqladı

Formula 1
Bu gün, 14:14

Telekanallar Qətər Grand Prix-də iştirak etməyəcək

Futbol
Bu gün, 14:12

"Bernli" İngiltərə futbolu tarixində yeni antirekord müəyyənləşdirdi

Futbol
Bu gün, 14:10

Azərbaycan I Liqasının IX turu başlandı: "Baku Sportinq"–"Şahdağ Qusar" və digər oyuncaqlar

Futbol
Bu gün, 14:00

Səbail

Futbol
Bu gün, 14:00

“Sabah”ın ulduz futbolçusu Qazaxıstan klublarına baxmayaraq Avropanı seçdi

Futbol
Bu gün, 13:47

«Beşiktaş» – «Qalatasaray» derbisinin hakimi Oğuzhan Çakır təyin olunub

Futbol
Bu gün, 13:45

Bavariya qapıçısı doğulandan sonra həyat yoldaşını atdı

Futbol
Bu gün, 13:40

"Napoli"nin qapıçısı Aleks Meretin müqavilə danışıqları dalana dirənib

Futbol
Bu gün, 13:35

Avropa Liqası və Konfrans Liqasının bugünkü matçları bu kanallarda canlı yayımda

Futbol
Bu gün, 13:35

İstanbul derbisini FIFA referisi Oğuzhan Çakır idarə edəcək;

Basketbol
Bu gün, 13:31

"Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov: "Hədəfimiz liqa mərhələsini ilk dördlə bitirməkdir"

Futbol
Bu gün, 13:25

Kompani "Bayern"in "Lill"ə məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb;

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Güləş
Bu gün, 13:09

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Oxşar xəbərlər