top
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub Report.az
12 fevral 2025, 19:09
- ↺ +

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub

Azərbaycanda keçiriləcək MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub.

"Report" xəbər verir ki, Baş nazirinin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifovun rəhbərliyi ilə keçirilən iclasda Oyunlara hazırlıqla bağlı məsələlər ətraflı müzakirə edilib.

Qeyd olunub ki, III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə "2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı" olan Gəncə şəhərində və ölkənin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.

Oyunlarda iştirak etmək üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin idmançılarının da Azərbaycan Hökumətinin dəvəti əsasında iştirakları gözlənilir.

Təşkilat Komitəsinin iclası zamanı idman obyektlərinin hazırlığı, nəqliyyat və logistika məsələləri, iştirakçıların yerləşdirilməsi, könüllülərin cəlb olunması, akkreditasiya prosesi, oyunların mediada yayımı, açılış və bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər üzrə geniş təqdimatlar edilib.

Prezident İlham Əliyevin lll MDB Oyunları ilə bağlı Tədbirlər Planının həyata keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsinin qarşısında qoyduğu vəzifələrin icrası və digər aidiyyəti məsələlər üzrə müvafiq tapşırıqlar verilib, qurumlar arasında əlaqələndirmənin təmin olunması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Samir Şərifov Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən idman sahəsində Birinci Avropa Oyunlarına, İslam Həmrəylik Oyunlarına və digər böyük tədbirlərə yüksək səviyyədə ev sahibliyini qeyd edərək, III MDB Oyunlarının da ölkəmizdə peşəkarlıqla və layiqincə keçirilməsi üçün səfərbər olmağın zəruriliyini Təşkilat Komitəsinin üzvlərinin diqqətinə çatdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Oxşar xəbərlər